Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni Bayraq Meydanı tikilir


Kürdəmir rayonunda böyük Bayraq Meydanı inşa olunacaq. Meydan rayon mərkəzinin şərq hissəsində, Bakı-Ələt-Gürcüstan sərhədi magistralının üstündə tikiləcək


5 hektar ərazini əhatə edəcək Bayraq Meydanında bir neçə müasir fontan, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, istirahət guşələri yaradılacaq.

Meydanda müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada müxtəlif kompozisiyalı çəmənliklər yaradılacaq. 

Bayraq Meydanının ümumi sahəsi 5 hektar olacaq ki, bunun 3 hektarı yaşıllıq sahələri, digər iki hektarı isə tikililər üçün nəzərdə tutulub. Hazırda ərazidə layihələndirmə işləri həyata keçirilir.

Qeyd edək ki, həm də böyük park funksiyasını daşıyacaq Bayraq Meydanının magistral yolun üzərində olması uzaq səfərlərə çıxmış insanların istirahətinin təşkil edilməsi üçün də əhəmiyyətli olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar