Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib - Foto


Zakir Həsənov yaradılan şəraitlə tanış olub


Azərbaycanda bir neçə yeni hərbi obyektin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq yeni istifadəyə verilən əsgər yataqxanası, yeməkxana və hamam-camaşırxana kompleksi ilə tanış olub. Ərazidəki yeni obyektlərin hamısı zəruri avadanlıqla təchiz olunub, kommunikasiya xəttləri çəkilib və ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb.
 
Bildirilib ki, 3 mərtəbəli əsgər yataqxanasında hərbi qulluqçuların məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq və digər otaqlar lazımi avadanlıqlarla tam təchiz olunub. Binanın hər mərtəbəsində məişət guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Bundan əlavə atıcı silahlar trenajorları sinfi, saxlanclar, idman və digər inzibati otaqlar da hazırlanıb.
 
Yeni istifadəyə verilən hamam-camaşırxana kompleksi də stasionar şəraitdə yerləşən hərbi hissənin şəxsi heyətinin sosial-məişət və sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib.
 
İki mərtəbəli geniş əsgər yeməkxanası binası da yeni inşa olunaraq yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təmin olunub.
 
Əraziyə baxış keçirdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət aparıb və hərbi qulluqçularla birlikdə nahar ediblər.(oxu.az)

pia.az














Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar