Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “kalsium xlorid“in satışına qadağa qoyuldu



Səhiyyə Nazirliyi son günlər bir sıra sosial şəbəkələrdə "Kalsium xlorid" 5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı ölüm hallarının baş verməsi barədə yazılan məlumatlarla bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb


Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli APA-ya açıqlamasında istehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və ya başqa neqativ bir hala səbəb olması haqda məlumatların əsassız olduğunu deyib

Bununla yanaşı A. Qədirli bildirib ki,  "AzərFarm" Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci ilədək olan "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olunduğunu qeyd edib.
 
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla "AzərFarm" Ltd şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub və əczaçılıq şəbəkəsindən yığılmasını tam təmin edib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda "Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bu səhv nəticəsində artıq 2 uşaq ölümü qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar