Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Avropa Parlamentinə etiraz



Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətində cəhddir


Bu fikir Milli Məclisin deputatı, Avronest Parlament Assambleyanın vitse-prezidenti Elxan Süleymanovun qərəzli qətnamə ilə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, həm Ermənistan, həm də əksər Avropa ölkələrində 1915-ci il hadisələrinə dair arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina həqiqəti ermənilərin xeyrinə daha uyğun formada dəyişməyə dəlalət edə bilər.

Diqqətə çatdırılır ki, Avropa Parlamenti keçmişdə də belə ikili standartlar nümayiş etdirib. Qurum ermənilərin maraqlarını açıq müdafiə edir, qərəzli mövqedən əl çəkmir. Avropa Parlamenti Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırmır. Faktiki olaraq 1992-ci ildə Xocalıda törədilmiş faciəni heç bir formada tanımır, halbuki Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş genosid törədib. Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağ regionunun, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, AğdamFüzuli rayonlarının işğalına göz yumur. Bu ilin mart ayında ermənilərin Azərbaycan xalqını soyqırımına məruz qoymasının 110 ili tamam oldu. Avropa Parlamenti nəinki bu soyqırımını tanımaq, hətta bu barədə xatırlamaq belə istəmədi.

Qeyd edilir ki, bu qətnamənin kökündə geosiyasi səbəblər və dini amillər durur. Avropa Parlamenti türk və erməni xalqları arasında dinc yanaşı yaşama, tolerantlıq, həmrəylik təbliği əvəzinə, ağılsız qətnamə ilə “sülhə yox” çağırışı səsləndirir ki, bu da gələcək nəsillər üçün çox təhlükəlidir. Bu addım bir çox avropalı vətəndaşların Avropa Parlamentindən narazılığının və ona inamsızlığının artmasının səbəbini izah edir.

Bəyanatda deyilir: “Biz tarix boyu işğalçılığı, təcavüzkalığı ilə tanınan, türk və Azərbaycan xalqlarını dəfələrlə soyqırımına məruz qoyan erməniləri haqsız olaraq müdafiə edən bu qərəzli qətnaməni rədd edirik”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar