Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Şultsa cavab


XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin 26 noyabr tarixində Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərinə cavab verib


PİA.AZ-ın  məlumatına görə, H. Hacıyev bildirib ki, Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur: “Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır. Martin Şults tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmamışdır. Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur.
Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır. İsmafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır. 

Martin Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifədə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı”.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar