Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı görmək bir turistə neçəyə başa gəlir?


Bir əcnəbi Azərbaycanı görmək istəsə, buna nə qədər pul xərcləməlidir?


İnternetdə araşdırmalar zamanı qarşıya çıxan təkliflər bu sualları doğurdu. Çünki internet dünyanı nə qədər kiçiltsə də “yüz eşitməkdənsə bir görmək yaxşıdır” məsəli hələ ki, insanlar üçün keçərlidir. Ona görə də dünyada turizm sahəsi hələ də iqtisadi cəlbediciliyini qoruyub saxlayır.

Rəsmilərin çıxışlarından belə qənaətə gəlmək olur ki, Azərbaycan turizmin inkişafı üçün əlindən gələni edir. Otellərin sayı 500-ü ötüb, turizm sektoruna aid bəzi peşə liseyləri müasirləşdirilib, xidmət sektoru təkmilləşməyə çalışır və s.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət öncə açıqlamışdı ki, 2014-cü ildə Azərbaycana 2 milyon turist gəlib. Müqayisə üçün deyək ki, qonşu Gürcüstana isə ötən il 5 milyondan artıq əcnəbi girib-çıxıb.

Azərbaycana turist sayının qonşu ölkə ilə müqayısədə az olmasının səbəblərinə keçməzdən öncə əcnəbilərə təklif edilən tur paketlərə nəzər salaq.

Əsasən azərbaycanlılara məxsus onlarla turist firması gün sayından asılı müxtəlif tur paketlər hazırlayıb. Əksər turizm şirkətinin 1, 3, 6, 7 və 12 günlük tur paketi var. Növündən və günündən asılı olaraq paketlərə Bakı, Abşeron, Quba, Şəki, Qəbələ, İsmayıllı, Lahıc, bəzən Gəncə, Şabran, Ağsu daxildir. Bəzi turizm şirkətləri təkliflərini “Jeep-Safari”, “Şərab”, “Xalça” kimi turlara bölsələr də əcnəbiyə göstərmək istədikləri yerlər təxminən eynidir: Bakıda İçərişəhər, Atəşgah, Qubada Xınalıq, Şamaxıda Lahıc. Təbii, paketlər şəlalələr, muzeylər, qədim xarabalıqlar və s. kimi detallarla zəngindir.

3 günlük turun qiyməti 300-400 manatdan başlayır. Məsələn, şirkətlərdən biri 3 günlük turu (4-cü günü aeroporta yolasalma şərti ilə) 760 dollara təklif edir.

Bu qiymətlərə 3 ulduzlu oteldə gecələmək, səhər yeməyi, tur ərzində bələdçi təminatı, nəqliyyat xərcləri, qarşılanma-yola salma daxildir. Bəziləri viza dəstəyi və sığorta təminatı verir. Təyyarə bileti, viza rüsumu, digər xərclər qarşılanmır.

İndi ürəyindən Azərbaycan səfəri keçən, məsələn, bir almana bu arzunun neçəyə başa gələ biləcəyini hesablayaq.

Bakı yolçuluğuna hazırlaşan orta statistik bir alman təxminən 800 manat bilet pulu ödəməlidir. 3-4 gün ərzində nahar, şam etməlidir ki, bu da orta hesabla 100-120 manat edəcək. 3 günlük tur üçün də 500-600 manat ödəyəcək. Demək, Azərbaycanda 3 günlük dincəlmək almanın büdcəsinə təxminən 1500 manata başa gələcək.

“Adətən səfərə iki nəfərlə çıxırlar. İki nəfərin xərci isə 3000 manata yaxın edəcək. Bakıda turizm şirkətlərinin qiymətləri çox şişirdilib” - bunu “Azadlıq” radiosuna keçmiş turizm əməkdaşı Müşfiq Zərbəli deyir.

Onun fikrincə, bir azərbaycanlıya təklif olunan xarici tur daha ucuz başa gəlir, nəinki əcnəbiyə: “Əvvəlcə mən soruşum, siz əcnəbi olsaydınız, bu qiymətlərə Azərbaycana gələrdinizmi?”

Ekspert deyir ki, qonşu Gürcüstanda əcnəbilərə edilən təkliflər bundan iki dəfə ucuz olur: “Burda bir adama 3-4 günlük səfər 2000 dollara oturursa, Gürcüstanda bundan artıq məşğuliyyət, daha zəngin tur paket şərti ilə 1000 dollara başa gəlir. Turizm müxtəlifliyi sevir. Tiflis artıq Qafqazda turizm mərkəzinə çevrilir. Otel şəraiti yüksək, qiymətə görə seçimi çoxdur, kazinolar var, təbiət müxtəlifliyi var. Düzdür, bizdə də təbiət müxtəlifliyi var, amma buna uyğun xidmətlərimiz yoxdur. Ona görə də Bakı turizm şirkətlərinin təklifləri real qiymət sayıla bilməz”.

Müşfiq Zərbəli deyir ki, Azərbaycanın turizm potensialı var, əcnəbilərin diqqətini cəlb etmək üçün isə turizm bazarı sərbəstləşməli, sağlam rəqabət şəraitində işləməlidir: “Burda otel açmaq, aviareyslər təşkil etmək asan olmalıdır. Turizmlə məşğul olmaq üçün maneələr olmamalıdır. Belə bir şərait yaradılsa, qiymətlər ucuzlaşacaq. Hazırkı təkliflər isə elit qiymətlərdir”.

Ekspertin sözlərinə görə, Dünya Turizm Şirkəti bir neçə il əvvəl bildirmişdi ki, bir turist orta hesabla bir həftəlik səyahətinə 850 dollar xərcləyir: “Qiymət artımını da nəzərə alsaq, orta statistik əcnəbi bir həftəlik səyahət üçün 1000 dollar xərcləyə bilir”.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev hesab edir ki, Azərbaycanın əcnəbilərə təklif etdiyi qiymətlər elə də baha deyil: “Avropa ölkələrində otellərin qiyməti ilə müqayisədə heç də baha deyil”.

Aydın İsmiyev deyir ki, onlar hər il müxtəlif ölkələrdə keçirilən turizm sərgilərinə qatılırlar: “Azərbaycanın turizm şirkətləri buna çox maraq göstərir. Aparıcı turist şirkətlərinin, demək olar ki, hamısı bu sərgilərə qatılırlar, müqavilələr bağlayırlar. Azərbaycana bir dəfə gələn bir də gəlmək istəyir”.(virtual.org)​

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar