Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 3 milyon vətəndaşı vergi ödəmir


“Kölgə iqtisadiyyatı” postsovet məkanının bütün ölkələri üçün hələ də başağrısı olaraq qalır


Məsələn, Rusiya Hesablama Palatasının başçısı Tatyana Qolikova bir müddət əvvəl bildirib ki, Rusiya iqtisadiyyatının “kölgə sektorunda” ölkənin təxminən 14,4 milyon vətəndaşı işləyir, amma baxmayaraq ki, onlar sosial infrastrukturdan istifadə edirlər, vergi ödəmirlər.

Qolikova izah edib ki, bu rəqəm işləməyən əhalinin təqaüdçülər, uşaqlar və s. kateqoriyaya bölünməsi nəticəsində alınıb. Qalan 14,4 milyon insan “qeyri-müəyyən” kateqoriyanı təşkil edib ki, bu da dəqiq təsnifata gəlmir. Qolikovanın sözlərinə görə, heç kim bilmir ki, bu insanlarla nə etmək olar və ya nə etmək lazımdır.

Rusiya Statistika Komitəsinin qiymətləndirmələrinə görə, gizlədilmiş əmək haqqı və qarışdırılmış gəlirlər Rusiyada ildə təxminən 10 trilyon rubl təşkil edir.

Belə çıxır ki, Rusiyada praktiki olaraq hər on nəfərdən biri vergi ödəmir. Bəs Azərbaycanda vəziyyət necədir?

Faktlar göstərir ki, Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Daha dəqiq desək, bizim ölkəmizdə bununla bağlı rəsmi rəqəm yoxdur. Ancaq hökumətdəki mənbələrin virtualaz.org-a bildirdikləri kimi, praktiki olaraq işləyən və iqtisadi cəhətdən aktiv əhalinin üçdə iki hissəsi vergi ödəmir. Bu isə o deməkdir ki, söhbət faktiki olaraq üç milyon insandan gedir.(azpolitika)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar