Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 45 milyardlıq layihəsi ilə bağlı dilemma: Ya Ələkbərov payını satacaq, ya da…


Ötən həftə ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib


Qanun layihəsi böyük səs çoxluğu ilə keçib, ona 98 senator səs verib. Layihə imzalanmaq üçün Ağ Evə göndərilib.

Virtualaz.org xəbər verir ki, qanun iki əsas komponentdən ibarətdir. Bunlardan birinə görə prezident Donald Tramp Konqresin razılığı olmadan Rusiyaya qarşı sanksiyaları yumşalda bilməz. Baxmayaraq ki, ABŞ Konstitusiyasına görə xarici siyasət prezidentin səlahiyyətində olan məsələdir. İkincisi isə qanun nəzərdə tutur ki, Rusiyanın energetika şirkətlərinin iştirak etdiyi layihələr ABŞ-ın sanksiyalarının təsiri altına düşəcək.

Lakin qanun təkcə Rusiyanın energetika şirkətləri ilə məhdudlaşmır. Orada Rusiyanın dağ-mədən, dəmir yolları şirkətlərinə qarşı da sanksiyaların yönəldilməsi nəzərdə tutulur. Hətta qanun layihəsi imkan verir ki, Rusiya ilə biznes qurmağa yenicə başlayan şirkətlər də sanksiyaların təsiri altına düşsün. Bu, Ukraynada məlum hadisələrin başlanmasından sonra Rusiyaya qarşı tətbiq edilən ən sərt sanksiyadır.

Xəbər verildiyi kimi bu qanun layihəsi Azərbaycana da ciddi ziyan vura bilər. Bu haqda ABŞ prezidentinin və dövlət katibinin Xəzərin enerji məsələləri üzrə keçmiş səlahiyyətli nümayəndəsi, Bakıdakı keçmiş səfir Riçard Morninqstar və Münhen təhlükəsizlik konfransının rəhbəri Volfqanq İşinger öz məqalələrində xəbərdarlıq ediblər.

Belə ki, Rusiyanın “Lukoil” şirkətinin Azərbaycanın “Şahdəniz” qaz yatağı layihəsində 10 faizlik payı var və ABŞ Konqresinin qəbul etdiyi qanuna əsasən avtomatik olaraq bu layihə də sanksiyaların təsiri altına düşə bilər. Morninqstar və İşingerin xəbərdarlıq etdiyi kimi , nəticədə qanun Rusiyaya zərbə vurmaq əvəzinə bilməyərəkdən onun xeyrinə işləyəcək. Çünki “Şahdəniz” yatağının işlənməsi layihəsi Avropanın energetika təhlükəsizliyinə və onun Rusiya qazından asılılığını azaltmağa yönəlmiş Cənub Qaz Dəhlizinin mənbəyidir. Bu yataqdan hasil olunacaq qaz TANAP və TAP kəmərləri ilə Avropanı cənubuna nəql edilməlidir.



Nüfuzlu diplomatlar bunu nəzərə alaraq təklif etmişdilər ki, Konqres sənədə bundan əvvəl İrana qarşı tətbiq edilmiş sanksiyalarda olduğu kimi bu dəfə də “Şahdəniz”in sanksiyaların təsiri altına düşmədiyi barədə  xüsusi əlavə daxil etsin. Hansı ki, bir neçə il əvvəl ABŞ İranın energetika şirkətlərinə qarşı analoji sanksiyalar tətbiq edəndə bu ölkənin NİOC dövlət neft şirkətinin “Şahdəniz”də 10 faizlik payla təmsil olunduğunu nəzərə alaraq həmin layihəni qanunun təsirindən kənarda saxlayan əlavə daxil etmişdilər.

Ancaq belə görünür ki, bu dəfə Konqres “Şahdəniz”lə bağlı narahatlıqları nəzərə almayıb və qanun layihəsini imzanmaq üçün prezident Trampa göndərib. Trampın isə görünən budur ki, qanun layihəsini imzalamaqdan başqa çarəsi qalmayacaq. Əgər o, Konqresin qətnaməsini imzalamaqdan imtina edib veto qoysa Rusiya ilə şübhəli əlaqələri barədə davam edən qalmaqalın üzərinə yağ tökmüş olacaq, Trampa qarşı hücumlar daha da artacaq. ABŞ KİV-ləri yazırlar ki, Ağ Evdə bu məsələ barədə ziddiyyətlər hökm sürür, bununla belə üstünlük təşkil edən mövqe sanksiyaların təsdiqlənməsi yönündədir.



Qanun Qazaxıstana da zərər vura bilər. Çünki Qazaxıstan neftinin üçdə ikisinin ixrac olunduğu Xəzər Boru Kəmərləri Konsorsiumunda Rusiyanın dövlət şirkəti “Rosneft” 31 faiz payla təmsil olunur. Həmin konsorsiumun rəhbəri “Chevron” şirkətidir və sanksiyalar Qazaxıstan neftinin ixracını çətinləşdirə bilər.

Bəs Konqresin qəbul etdiyi qətnamə prezident Tramp tərəfindən imzalansa nə baş verəcək, bunun Azərbaycanın əsas qaz yatağının işlənməsi də daxil olmaqla 45 milyard dollara başa gələcək Cənub Qaz Dəhlizinə hansı birbaşa təsirləri olacaq?

“Lukoil” şirkəti “Şahdəniz”də 10 faiz payla təmsil olunduğuna görə sanksiyalar qüvvəyə minsə ABŞ bankları və Birləşmiş Ştatların bank sistemi üzərindən əməliyyatlar həyata keçirən digər beynəlxalq maliyyə strukturları layihəyə kreditlər verməkdən çəkinəcəklər. Çünki bu halda onları iri cərimələr gözləyə bilər. Onsuz da Azərbaycan Cənub Qaz Dəhlizinə Qərbin maliyyə institutlarından kreditləri cəlb etməkdə çətinliklərlə üzləşir.

Habelə xarici şirkətlər bu layihə ilə bağlı zəruri avadanlıqları satmaqdan ehtiyat edər, nəticədə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əngəllər yaranar.

Belə vəziyyətdə isə ya “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov şirkətin “Şahdəniz”dəki payını satıb layihəni tərk etmək məcburiyyətində qalacaq, ya da prezident Tramp xüsusi fərmanla sanksiyaların Cənub Qaz Dəhlizinə təsirini istisna etməlidir. Əgər konstitusiya Trampa belə səlahiyyətlər verirsə...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar