Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın daxili işlər nazirləri – Onları bir daha tanıyaq!


Azərbaycan polisinin tarixi çox da uzaq deyil


Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı.

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.

Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili- si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.

Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Azərbaycanın daxili işlər nazirləri kimlər idi?

Azərbaycanın 1918-20-ci illərdə altı daxili işlər naziri – Fətəli Xan Xoyski (28 may 1918 - 17 iyun 1918), Cavanşir Behbud xan (17 iyun 1918- 26 dekabr 1918), Xəlil bəy Xasməmmədov (26 dekabr 1918- 16 iyun 1919), Nəsib Yusifbəyli (16 iyun 1919- 22 dekabr 1919), Məhəmməd Hacınski (22 dekabr 1919- 15 fevral 1920), Mustafa Vəkilov (15 fevral 1920- 28 aprel 1920) olub.

Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini tutanlar:

Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ən çox oxunanalar