Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış etdi


Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib


Nazirlikdən verilən məlumata görə, P.Şahbazov çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib.

Energetika naziri OPEC+ formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib: “Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir”.

Çıxışda qeyd olunub ki, istehsalçı və istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. Həmçinin “Əməkdaşlıq Bəyannaməsi”ni imzalamış Azərbaycanın qlobal neft bazarının tənzimləmə prosesində iştirakının ölkədə həyata keçirilən neft siyasətinə təsirləri, neft sektorunun inkişafı istiqamətində imzalanmış yeni sazişlər və həyata keçirilən layihələr, cəlb olunmuş investisiyalar barədə ətraflı məlumat verilib.

Energetika naziri P.Şahbazov tədbir çərçivəsində “Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi və TANAP kəmərinin açılışının əhəmiyyətindən danışılıb. TANAP layihəsinin nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilməsi təqdir edilib. Bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı və işlənməsi ilə bağlı imzalanmış sazişlər neft-qaz sahəsində əməkdaşlığın inkişafında mühüm hadisələr kimi qiymətləndirilib. Şirkətin bərpa olunan enerji sahəsində yeni fəaliyyət istiqaməti çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar