Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın fındığı Avropanın xoşuna gəlmədi


Artıq neçə gündür ki, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına dair informasiyalar verilməkdədir


Bu addımı atdığına görə Nazarbayev müdrik dövlət xadimi kimi xarakterizə olunur. Olsun. 

Amma Azərbaycan bu təşkilata üzv olmağa tələsmir, bu istiqamətdə danışıqlar davam etdirilir. Bunun da bir sıra səbəbləri var. Əvvəla, ÜTT-yə sadəcə ərizə yazıb daxil olmurlar. Bunun üçün təşkilatın şərtləri ora yeni daxil edilən üzv tərəfindən qəbul edilməlidir. Şərtlərin qəbul edilməsi yazılı şəkildə təsdiqlənəndən sonra istehsal edilən məhsul - bazara deyilən şərtlərə əməl etməklə çıxarılır. Şərtlərdə söz azadlığından tutmuş, hüquq müdafiəçilərinin qorunmasına, eləcə də sərbəst toplaşmaq azadlığına və iqtisadi sferanın təkmilləşdirilməsinə dair tələblər öz əksini tapıb. Bəs, şərtlərə əməl etməyəndə nə baş verir? Məsələn, ölkə rəhbərləri Bakı Avropa Oyunlarına qatılmır, KİV-lər bu yarışın açılış və bağlanış mərasimlərini işıqlandırmır. Təxminən buna oxşar addımlar. 

Şərtlər təkcə bununla bitməyəcək. Dolayısı yolla Azərbaycana təzyiqlər ediləcək. Neçə illər bundan əvvəl baş verən hadisələrdən çox görəcəyik. Xatırlayırsınızsa, neçə illər bundan əvvəl Azərbaycandan gələn fındığın idxalına Avropada qadağa qoyuldu. Belə deyildi ki, Azərbaycan fındığı qara ciyərdə şişkinlik yaradır. Bax, belə dalana dirəmələr kifayət qədər olacaq. Necə olur ki, o fındığı yeyən sakinlərimizdə şişkinlik yaranmır, ciyərinə toksiki maddələr toplanmır, amma bütün bunlar Avropa ölkələrinin sakinlərində yaranır? Yeri gəlmişkən, Rusiyanın Amerikanın toyuq budlarının idxalına qadağası, yaxud, ölkə ərazisində məlum restoranlar şəbəkəsini qapatmaq ideyası - fındıq məsələsinin oxşarıdır desək, səhv etmərik: “Bizim xətrimizə dəydiniz, əvəzini belə ödəyəcəksiz”.    

Bakı Avropa Oyunlarına münasibət göstərdi ki, ÜTT-yə üzv zamanı Azərbaycana qarşı digər ölkələr kimi ədalətli və bərabər şərtlər tətbiq edilməyəcək. 

Bundan başqa, iqtisadiyyatda iqtisadi islahatlar və idarəetmə strukturunun dəyişdirilməsi ilə əlaqədar çətinliklərimiz nəzərə alınmayacaq. 

Azərbaycan tərəfinin laboratoriya analizlərinin nəticələrinə şübhə ilə yanaşılacaq. Və təşkilatın öz laboratoriyası burada fəaliyyət göstərəcək. Yəni, biz öz məhsulumuzun təmiz və keyfiyyətli olmasına dair nəticələri təqdim etsək də, təşkilat özünə sərf edən tərzdə o məhsula qiymət verəcək. O da Azərbaycanın diqtələrə əməl edib-etməməsindən asılı olacaq. 

Bəzi məsələləri sadə dillə izah edim. Avropadakı təşkilatlar öz fəaliyyətlərində müstəqil olmalarını dəfələrlə bəyan etsələr də, əslində bir-biri ilə sıx əməkdaşlıq şəraitində işləyirlər. Onlar hansısa məsələdə ortaq mövqedən çıxış edir, çəkici bir zindana vururlar. Məsələn, tutaq ki, Avropanın hansısa təşkilatı bəyan edir ki, Azərbaycanda ekologiya böhran həddindədir, bu sahədə fəlakətli hal müşahidə edilməkdədir. Əslində, bunu çox da nəzərə çarpmayan bəyanat kimi qəbul etmək olar. Ancaq Ümumdünya Ticarət Təşkilatının rəhbərliyi istənilən vaxt bu bəyanatdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. Bəs, onlar bunu necə edirlər? Tutaq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində Rusiya ilə qarşıdurmaya getməyəndə, yaxud, öz qazını ucuz qiymətə satmayanda, ya da birgə kampaniyaya qoşulub hansısa ölkəyə qarşı iqtisadi sanksiyalara qoşulmayanda, milli maraqlarını əsas tutanda həmin ekologiya təşkilatının “nəzərə çarpmayan” bəyanatı yada düşür. Qəflətən ÜTT bəyan edir ki, “biz Azərbaycandan kənd təsərrüfatı  məhsullarını idxal edə bilmərik”. Elə götürək süd məhsulunu. Süd nədən alınır? İnəkdən. İnək nə yeyir? Ot. Haradan su içir? Suvarma kanallarından, çaydan, göldən və sair. Onda belə çıxır ki, əgər Azərbaycanda ekoloji vəziyyət pisdirsə, deməli inəyin yediyi ot və içdiyi su da təmiz deyil. Onun istehsal etdiyi südün ekoloji göstəricilərindən danışmağa dəyməz: “Ekologiyası fəlakət həddində olan ölkənin inəyinin südü bizə lazım deyil”.      

İndidən proqnoz vermək olar ki, təşkilata daxil olarkən Azərbaycanın şərtləri nəzərə alınmayacaq. Məsələn, bizim şərtlərdə deyilə bilər ki, sizin tələbləriniz ölkəmizin real yerli sektoruna öz təsirini göstərməməlidir. Amma o şərtimizə əməl ediləcəkmi? Çətin. Hələ bizə təşkilatın əsas sazişlərinin müddəalarının həyata keçirilməsi üzrə əlverişli vaxt məhdudiyyəti veriləcəyi də şübhə altındadır. Hələ bizə iri ölkələrin tutduğu bazara qısa müddət ərzində daxil olmağa şərait yaradılacağına da inanmaq çətindir. Hələ məhsullarımızın Avropanın KİV-lərində reklamı üçün güzəştli qiymətlər tətbiq ediləcəyinə şərait yaradılacaqmı? Neçə ki bu güzəşt digər üzv ölkələr üçün çoxdan mövcuddur.  

Beləliklə, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olarsa nələr baş verəcək:

1. Azərbaycan daxili və xarici siyasətini Avropa dövlətlərinin diqtəsi altında formulirovka edəcək.

2. Azərbaycan müstəqil ticarət siyasətini əldən verəcək. 

3. Azərbaycan reallıqda Avropa ölkələrinin deyil, transmilli korporasiyaların və iqtisadi güclərin, onları idarə edən gizli qüvvələrin əsirinə çevriləcək, qiymət siyasətini onlarla razılaşdırmalı olacaq. 

4. Azərbaycan ÜTT-dən kənar digər ölkələrə öz məhsulunu ixrac etməkdən məhrum ediləcək.  

5. Azərbaycana - üzv ölkələrdən gətirilən məhsullar respublikamızda baha qiymətə satılacaq. Yəni, burada hansısa ölkənin əhalisinin alıcılıq qabiliyyəti nəzərə alınmayacaq. Eyni qiymət üzv ölkələrin daxilində elə bərabər şəkildə tənzimlənəcək. 

6. Azərbaycan Ermənistanla ticarət müqaviləsi imzalamağa məcbur olacaq. Çünki Ermənistan neçə illərdir ki, ÜTT-nin tamhüquqlu üzvüdür. 

Bax belə

Azər QİSMƏT

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar