Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmasına Rusiya göz yuma bilərmi?


Politoloq: “Rusiyanın ortaya qoyduğu nizamlama təşəbbüsləri heç vaxt Azərbaycan xalqının maraqlarına uyğun olmayıb və olmayacaq”


“Status-kvonun bu şəkildə davam etməsindən nə beynəlxalq sülhyaratma missiyası, nə də Ermənistan narahatdır”.

Bu sözləri PİA.AZ-a politoloq Nəsimi Məmmədli Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin baş tutacaq görüşünə münasibət bildirərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiya AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bəzi məlumatlara görə isə Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaq istəməyən Ermənistan prezidenti bu görüşə getmək istəmir. Lakin Rusiyanın tələbinə də yox deyə bilmir. Bu şərtlər altında baş tutacaq görüşdən nələri gözləmək mümkündür? Ermənistan güzəştə getməmək siyasətini davam etdirdiyi təqdirdə Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmasına Rusiya göz yuma bilərmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə müraciət edib. 

Image result for nesimi memmedli

Nəsimi Məmmədli: “23 ildir nə sülh əldə bildik, nə də işğalçıya güc tətbiq etmək üçün siyasi iradə ortaya qoyduq”.


Politoloq bu problemin yaradıcısı olan Rusiyadan hansısa real nəticələri gözləməyi sadəlövhlük hesab edir.Hazırki şəraitdə Azərbaycanın bu problemi həll etmək üçün konseptual planı yoxdur:

“Məsələyə geniş baxsaq, Qarabağ problemini yaradan və onu istədiyi kimi idarə edən RusiyaErmənistandır. Bu iki dövlətin strateji ortaqlığı var və Rusiyanın imperiya ambisiyaları davam etdikcə Ermənistan öz iddialarından imtina etməyəcək. Rusiyanın ortaya qoyduğu nizamlama təşəbbüsləri heç vaxt Azərbaycan xalqının maraqlarına uyğun olmayıb və olmayacaq. Problemin həllinə indiki yanaşma dəyişməsə, hələ uzun illər Qarabağ probleminə görə əhalisi əziyyət çəkən, itkilər verən ölkə Azərbaycan olacaq.

Reallıq budur ki, erməni-rus hərbi birləşmələri ərazilərimizi birlikdə işğal edib və öz şərtlərini diktə edir. Status-kvonun bu şəkildə davam etməsindən nə beynəlxalq sülhyaratma missiyası, nə də Ermənistan narahatdır. Ermənilər işğal etdikləri ərazilərimizdə qanunsuz məskunlaşma həyata keçirirlər və bir gün də bu faktı Azərbaycana qəbul etdirəcəklərinə ümid edirlər. Təəssüf ki dünyada onları şirnikləndirən belə nümunələr az deyil. 

Rusiya bu təşəbbüsü ilə hər iki tərəfin hökumətləri ilə yanaşı, həm də beynəlxalq ictimaiyyətə mesaj verir. Problemin açarının onda olduğuna işarə vurmaqla AzərbaycanErmənistanın həm daxili, həm də xarici siyasətinə də yön verə bilir. Rusiya heç vaxt Qarabağla bağlı Ermənistana təzyiq etməz və bu, onun hazırkı maraqlarına qətiyyən uyğun deyil. Amma Ermənistanla razılaşmaqla belə görüntü yarada bilərlər ki guya erməni tərəfinə hansısa təzyiq göstərilir. 

Nəsimi Məmmədli: “Bu rayonları Ermənistan Rusiya ilə şərikli şəkildə və Rusiyanın tapşırığı ilə işğal edib”.


Azərbaycan hökuməti də Rusiyanı özünün ən yaxın dostu və qarantiyası hesab etdiyindən daxili siyasətdə ondan xeyli  gözləntisi var. Azərbaycanda istər növbəti seçkidə, siyasi proseslərdə, istərsə də sosial böhranın ağrısız idarə edilməsində Rusiyanın dəstəyinə ehtiyac var. Bunun üçün ən yaxşı vasitə yenə də Qarabağ məsələsidir. Rusiya Ermənistana təzyiq görüntüsü ilə Azərbaycan hökumətinin daxili və xarici siyasətdə müvəqqəti də olsa əlini gücləndirə bilər. Ona görə də hesab etmirəm ki, Rusiya Azərbaycanın işğal olunmuş rayonlarını hərbi yolla geri qaytarmasına Rusiya göz yummaz. Çünki yuxarıda da qeyd etdiyim kimi bu rayonları Ermənistan Rusiya ilə şərikli şəkildə və Rusiyanın tapşırığı ilə işğal edib.

Müasir beynəlxalq münasibətlərdə güc faktorunun əhəmiyyətini kimsə inkar edə bilməz. 23 ildir nə sülh əldə bildik, nə də işğalçıya güc tətbiq etmək üçün dünya güclərindən dəstək ala bildik. Belə şəraitdə problemin bizi qane edən həllindən danışmaq yersizdir.  

Ən pisi də budur ki, Azərbaycan hökumətinin Qarabağ problemini həll etmək üçün konseptual yanaşması yoxdur. Ölkəmiz müəyyən səbəblərdən hərbi baxımdan problemi həll edə bilmirsə, o zaman siyasi baxımdan elə üstünlüklər əldə etməli idi ki, onu diplomatik görüşlərdə üstünlük kimi təqdim edə bilsin. Hökumət cəmiyyətlə bütövləşərək bu problemi həll edə bilər”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar