Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın “əmlak kralı“ ilə bağlı şok dosye - Cəlilabad triosu necə yarandı?


Kərəm Həsənov və ətrafının vəzifə yüksəlişləri, özəlləşdirmədəkı rüşvət “mexanizmləri”, varidatları ilə bağlı sensasiyalı məlumatlar


“Fərhad Əliyev ilk olaraq Kərəm Həsənova nimdaş pal-paltarını dəyişməyi, məmura uyğun paltar geyinməyi tapşırdı”

Azərbaycanda 1996-ci ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, bu istiqamətdə saytımızda artıq 2 geniş araşdırma dərc olunub (Azərbaycandaki əmlak talanının astar üzü” adlı BİRİNCİ və İKİNCİ yazıya">bax: “Azərbaycandaki əmlak talanının astar üzü” adlı BİRİNCİ və İKİNCİ yazıya). Bu məqalələrdə Azərbaycanda əmlak talanının hansı mexanizmlərlə, necə və kimlərin vasitəsilə reallaşdırıldığı ümumi çəkildə açıqlanıb. Ancaq ötən illərdə Əmlak Məsələləri Dövlət Komitəsində söz sahibi olan şəxslərin, o cümlədən indiki rəhbərliyin bu prosesə necə qatılmaları, aşkar və gizli olaraq nələri ələ keçirmələri, hansı qanunsuzluqlarda, hətta cinayətlərdə iştirak etmələri detallı olaraq açıqlanmayıb.

“AzPolitika.info” saytı bunlarla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar əldə edib. Bizə təqdim olunan materillarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materiaları saytımızın bugünkü buraxılışından başlayaraq hissə-hiss dərc edəcəyik. Ümid edirik ki, aidiyyatı qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.

10 milyonlarla manat rüşvət yığılan qurumda 6 ayda 2 korrupsiya faktı aşkarlanıb…

Mətləbə keçməzdən öncə qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən verilən məlumata görə, 2014-cü ilin birinci yarımilliyində ƏMDK-nın strukturlarındakı korrupsiya və rüşvətxorluq faktına görə cəmi 2 cinayət işi açılıb. Ancaq yerlərdən gələn məlumatlar göstərir ki, ƏMDK-nın strukturlarında, xüsusən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və onun ərazi idarələriində baş verən korrupsiya, rüşvətxorluq hallarının sayı-hesabı yoxdur. Mətbuatda, televiziyada bununla bağlı demək olar ki, hər gün vətəndaşların şikayətlərinə rast gəlinir. Hətta son illər Əmlak Komitəsindəki korrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belə düşməyə başlayıb. Bu çür geniş miqyaslı qanunsuzluqların baş verməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr Kərəm Həsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun da fəaliyyətini diqqət mərkəzinə gətirir. Onların ƏMDK-nın strukturlarında, o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil…
Hər halda son illər Kərəm Həsənovun ölkənin ən güclü oliqarxlarından birinə çevrilməsinin, adının baş nazirliyə iddialılar sırasında çəkilməsinin arxasında məhz onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrdə hər ay müxtəlif qanunsuz yollarla yığılan 10 milyonlarla manat “çirkli pulların” böyük rolu olduğuna dair iddialar mövcuddur. Ancaq Kərəm Həsənovun, necə deyərlər, gününü ancaq Əmlakdan gələn pulları saymaq, “yerləşdirməklə” keçirdiyini iddia etmək də mümkün deyil. Belə ki, bu gün Kərəm Həsənovun çoxsaylı zavodlara, şirkətlərə, obyektlərə, tikinti firmalarına, 1000 hektarlarla kənd təsərrüfatı məhsulları istehsal edən ərazilərə və sair malik olduğu bildirilir. Onun adı həmçinin ölkədə, xüsusən paytaxtda aparılan söküntü-tikinti işlərində xərclənən 100 milyonlara nəzarət edən şəxslərdən biri kimi çəkilir. Bəs hazirda 46 yaşı olan, 32 yaşından özəlləşdirmə prosesinə nəzarət edən Kərəm Həsənov bu imkanları necə əldə edib?

Qardaşı Rafiq Fərhad Əliyevdən Kərəm Həsənova vəzifə verməyi xahiş edir
Rafiq Əliyev



Beləliklə, Kərəm Həsənovun şəxsi dosyesindən başlayırıq… (Qeyd edək ki, bu material Kərəm Həsənovu çox yaxından tanıyan birinin dilindən nəql olunub…)
Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, “Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.
K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi. Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir.
Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: “Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”

Kərəm Həsənov “barmaq gətirmək” üçün göndərilən yerdən “qol gətirir”

Fərhad Əliyev



Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaq müddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə “barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun “qol gətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bu gəncdə qeyri–adi “istedad” olduğunu görür. Kərəm Həsənovla bağlı qardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımı atmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu “keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərə almır…

Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir. Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtda belə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olan inamından, etimadından istifadə edib digər həmyerliləri – Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə “Cəlilabad triosu” yaranır…

Kərəm Həsənov özəlləşdirmədə “haqq” yığılması mexanizmini işə salır


<a href=Kərəm Həsənov">



K.Həsənov özəlləşdirməyə açıq elan olunmuş, lakin hələ özəlləşdirilməmiş Bakı, Sumqayıt, Gəncə şəhərində yerləşən müəssisələrdən aylıq, əvvəlki baş idarəsi ləğv olunmuş Komitənin tabeliyində olan müəssisələrdən, müştərək müəssisələrdən, səhmlərinin 30 % -i və ya daha çox hissəsi özəlləşdirilməmiş ASC-lərdən, həmçinin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş, lakin səhm sahibi naməlum olan ASC-lərdən rüblük “haqq” yığılması mexanizmini işə salır.

Nəzərə alsaq ki, həmin vaxt respublikada 1000-dən çox ASC, bundan xeyli çox özəlləşdirilməmiş, ancaq Komitənin tabeliyinə verilən dövlət idarə və müəssisəsi fəaliyyət göstərirdi, toplanan pulun miqdarını təsəvvür etmək çətin olmaz.

I Dövlət Pproqramı çərçivəsində səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş ASC idarə heyəti sədrlərindən, səhmdarların birinci ümumi yığıncağına qədər sədr təyin olunmuş əvvəlki müəssisə rəhbərlərindən istənilən təsərrüfat fəaliyyəti ilə bağlı komitə ilə razılaşmaları tələb olundu. K.Həsənov hər şeydən, qarşılaşdığı bütün imkanlardan yararlanmaq istəyirdi. Tutduğu vəzifəyə görə buna nail də olurdu. Heç nəyi geri qaytarmırdı. Hətta bir müəssisə rəhbərinin taksidən onun xidməti maşınına ev şəraitində hazırlanmış meyvə mürəbbələri qoyduğunu da əməkdaşlar görmüşdü…

İxtisaslaşdırılmış çek hərraclarından qazanc götürməyin də yolunu tapır

Rüstəm Şahbazov



Yalnız bir sahədə – ixtisaslaşdırılmış çek hərraclarından əvvəllər təcrübəsiz olduğundan pay götürə bilmirdi. Lakin sonradan burdan da qazanmağın çarəsini tapdı. Dostu Rüstəm Şahbazovla birləşib, Fərhad Əliyevdən xəlvəti bəzi ASC-lərə tələbə yoldaşlarının, dostlarının, qohumlarının, yaxınlarının adına müəyyən qədər çek qoyaraq həmin müəssisələrin 3-5 % səhmlərini ələ keçirirdilər. Sonradan isə həmin səhmləri böyük məbləğə özlərinin saxta yolla qalib elan etdikləri nəzarət səhm sahibinə sataraq külli miqdarda qazanc götürürdülər. Təbii ki, bu qazancdan Fərhad Əliyevin xəbəri olmadığından cəmi 2 yerə bölürdülər.
K.Həsənovun özündən vəzifəcə böyüklərlə müti, vəzifəcə aşağılarla əzazil, qaba, etikasız tərzdə danışığı, davranış və hərəkətləri tabeliyindəki əməkdaşları onunla təmasdan çəkindirirdi. Bir dəfə səfərdən qayıdarkən onun xidməti nəqliyyat vasitəsini sürət məhdudiyyətini keçdiyi üçün Qaradağ postunda saxladığına görə, YPX-nin əməkdaşını təhqir etməsi əhvalatını eşitməyən yox idi.
Hətta nazirliyin Ağdaş rayon şöbəsinin rəisi Sadiq Yunusovla kabinetdə əlbəyaxa olduğu xəbəri də bütün nazirliyə yayılmışdı. Lakin şöbə rəisi respublikanın məşhur xalq şairinin yaxın qohumu olduğu üçün onu vəzifədən azad etməyə gücü çatmadı…
Əməkdaşlar ilk gündən bu cavan oğlanın istər gənclərə, istərsə də yaşlılara yuxarıdan aşağı baxdığını, sanki özünü DƏN-də birinci şəxs hesab etdiyini müşahidə edirdilər. O, özü də müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyimiz, Qərb bölgəsi rayon şöbələrindən birinin rəisi ilə söhbət zamanı yaxın zamanlarda bu binaya özünün rəhbərlik edəcəyini bildirmişdi. Və həqiqətən istəyinə nail oldu…

Fərhad Əliyev Kərən Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir

K.Həsənovun canfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi. Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov Dövlət Əmlakı Nazirinin müavini vəzifəsinə təyin olundu.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.
F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyi K.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK-i Sədrinin hazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İri Müəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isə Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi təyin olundular.
Onu da qeyd edək ki, Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi…
İqtisadi İnkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyin Əsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikada inhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən Kəmaləddin Heydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlı məmurların mübarizəsi tam kəskinləşmişdi.
F.Əliyev bir tərəfdən də müxtəlif dövlət və hökumət tədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləri ilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki, nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçuruma apardı…

Kərəm Həsənov və Rafiq Cəlilovun “kotyol”dan 25 500 dollar gizlətdikləri aşkarlanır

Rafiq Cəlilov



Belə ki, 02 sentyabr 2003-cü ildə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Mingəçevir avtomobillərə qazdoldurma stansiyasının yarımçıq tikilisinin, 0.64 ha torpaq sahəsinin və avadanlığının sənədlərdə 57 milyon 330 min manata (11466 AZN və ya 14500 ABŞ dolları) satılması ortaya çıxdı. 3 vaqona yüklənmiş qazdoldurma stansiyasının avadanlığının Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülər tərəfindən qiymətinin real olmamasına görə saxlanılması Fərhad Əliyevi çıxılmaz vəziyyətdə qoydu. O vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov bu faktla bağlı “yuxarıya” məlumat verdi. Fərhad Əliyevdən bununla bağlı izahat tələb olundu.

Sabiq nazirin araşdırmasından sonra avadanlığın faktiki 50 000 ABŞ dollarına satıldığı, 14500 ABŞ dollarının manat kursu ilə departamentin Beynəlxalq Bankdakı hesabına ödənildiyi müəyyənləşdi. Bu alış-verişdən “ümumi kotyol”a 10 000 ABŞ dollarının daxil olduğu, qalan 25 500 ABŞ dollarının isə Kərəm Həsənovla dostu Rafiq Cəlilov arasında “itdiyi” müəyyən olundu.

Fərhad Əliyevin Kərəm Həsənova etimadı itir, onu yoxlamağa komissiya göndərir

Fərhad Əliyev Kərəm Həsənovu kabinetinə çağırıb izahat tələb etdi. Onlardan başqa kabinetdə olan şəxsin sonralar ətrafına dediyinə görə, Fərhad Əliyev K.Həsənova hər ay 20 min ABŞ dolları “paket” verdiyini, bunun məgər ona bəs etmədiyini, nə üçün ona kələk gəldiyini soruşub.
Kərəm Həsənov isə bu faktı qətiyyətlə boynundan ataraq, alqı-satqı müqaviləsindən, özü imzaladığı şəhadətnamədən xəbərsiz olduğunu bildirib.

Kərəm Həsənovu həmin vaxt F.Əliyev deyil, hazırda müavini olan Rafiq Cəlilov qurtarır. Belə ki, həmin vaxt Rafiq Cəlilov “jest” edərək bu işi tək gördüyünü, K.Həsənovun bundan xəbərsiz olduğunu bildirir. Sonra da qalıq məbləği “kotyol”a ödəyərək, ərizə yazıb öz xahişi ilə işdən azad olunur.

Ancaq təbii ki, bu hadisədən sonra Fərhad Əliyevin Kərəm Həsənova etimadı azalır. F.Əliyev şəxsi araşdırmadan sonra K.Həsənovun müştərək müəssisələrdən topladığı rüblük vəsaitlə “kotyol”a daxil olma arasında da ciddi fərq olduğunu müəyyən edir. O, K.Həsənovun rəhbərlik etdiyi Departamentin fəaliyyətini, aylıq dövriyyənin məbləğini, vətəndaşların özəlləşdirmədən narazılığının səbəblərini araşdırmaq üçün İİN-nin kadrlar şöbəsinin müdiri Arif Abdullayevin rəhbərliyi ilə komissiya göndərir.

Faiq Məlikov sonradan “şapka”sız özəlləşdirilən obyektlərdən “haqq” yığır

Yoxlama gedən vaxt K.Həsənova Departamentə gəlmək qadağan olunur. Onun tünd şüşəli, qara rəngli Qaz-31 markalı xidməti avtomobili arxa qapıdan həyətə boş gəlib, boş gedirdi. Artıq əməkdaşlar da onun fəaliyyətinin dayandırıldığını güman edirdilər. Komissiya işlədiyi müddətdə vətəndaşların haqlı şikayət və tələbləri diqqətlə araşdırıldı, özəlləşdirilən obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələrindən “şapka” alınmadı.
Lakin elə burdaca bir haşiyə çıxaraq qeyd edək ki, sonradan K.Həsənov bu “şapka”sız özəlləşdirilən obyektlərdən də “haqqını” yığdı. Belə ki, onun tapşırığı ilə həmin dövrdə Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş Faiq Məlikov mülkiyyət sahiblərindən komissiyanın fəaliyyəti dövründə özəlləşdirdiyi əmlakın “şirinliyini” və ya “şapka”sını tələb edərək alırdı. Təbii ki, gətirib K.Həsənova çatdırdı. Sonralar onun bu “fədakarlığı” və “riskli” əməyi K.Həsənov tərəfindən qiymətləndirildi. Faiq Məlikov İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə direktor təyin olundu.
Nə isə, qayıdaq yoxlamaya.

Yoxlamadan sonra Kərəm Həsənovun səlahiyyət çərçivəsi məhdudlaşdırılır

Yoxlama başa çatdıqdan – təxminən bir aydan sonra K.Həsənov yenidən departamentdə göründü. Lakin onun səlahiyyət çərçivəsi məhdudlaşdırılmışdı. Yeni müavin Maarif Qurbanov kiçik özəlləşdirmə, torpaq və icarəyə aid sənədləri, Rüstəm Şahbazov ASC-lərə aid və maliyyə sənədlərini, Mehman Rzayev isə investisiya müsabiqəsinə aid sənədləri imzalayırdılar. K.Həsənov əvvəllər özü imzaladığı mülkiyyət haqqında şəhadətnamələrin təkrar alqı-satqıdan sonra M.Qurbanov tərəfindən imzalanmasına qısqanclıqla mane olurdu. Əməkdaşlar və mülk almaq arzusunda olmaq istəyən şəxslər dəfələrlə onlar arasındakı mübahisənin şahidi olmuşdular.
Bu mübahisələrin nəticəsi cəmi 6-7 ay müavin işləmiş M.Qurbanov üçün ağır nəticələndi. K.Həsənovun sifarişi və israrlı tələbi ilə M.Qurbanov Fərhad Əliyevlə birlikdə həbsə alındı və uzun müddət həbsxanada cəza çəkməyə məhkum edildi.

Qəribə də olsa, K.Həsənovun əvvəllər imzaladığı özəlləşdirmə sənədlərini eyni təlimata əsasən M.Qurbanov da imzalamağına baxmayaraq, biri komitə sədri vəzifəsində işləyir, digəri cəza çəkir!…
Digər müavin, həmin dövrdə bir neçə ayı çıxmaq şərti ilə hər ay 10 min dollar “paket” maaşı alan Rüstəm Şahbazov isə F.Əliyev tərəfindən verilən tapşırıqların icrasını bacardığı qədər vaxt uzatmaqla həll etməyə çalışırdı. Rüstəm Şahbazovun o dövr Həsənovun yanında yer alması sonradan onun I müavin təyin olunmasına gətirib çıxardı.

Fərhad Əliyev toplantıda “Kərəm Həsənov, özünü yığışdır!” deyə xəbərdarlıq edir

Yoxlamadan sonra F.Əliyevin K.Həsənova olan bütün etimadı itmişdi. O da bunu başa düşərək, F.Əliyevə düşmən münasibət bəsləyən hakimiyyətdaxili qruplaşmalarla əməkdaşlığa başlamışdı.
K.Həsənovun başqa qruplaşmaya yaxınlaşdığını eşidən F.Əliyev İİN-nin rəhbər işçiləri ilə olan toplantıda K.Həsənovu ayağa qaldıraraq, ona “özünü yığışdır” deyə yenidən xəbərdarlıq etdi. Hətta növbəti kollegiya iclaslarının birində xüsusi ironiya ilə “dur sən danış görək nə deyəcəksən” deyib onun çıxışına qulaq asmayaraq, müavini M.Cabbarovla ucadan söhbət etdi.

Kərəm Həsənov rəqib qrupla birləşərək Fərhad Əliyevin “quyusunu” qazır

Artıq əməkdaşlar K.Həsənov erasının bitdiyini güman edirdilər. Ancaq K.Həsənov gizlində görüşdüyü yaxınlarına hər şeyin yaxşı olacağını, səbrli olmalarını, bir qədər gözləmələrini tapşırdı. F.Əliyev isə onun yerini bərkitdiyini, kimə güvəndiyini başa düşmüşdü. K.Həsənov boş dayanmamışdı, F.Əliyevin “quyusunu” qazmaqla məşğuldu. Onunla bağl hazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütün təlimatlarını yerinə yetirirdi.

Bunun üçün F.Əliyevlə bağlı bütün bildiklərini bir qədər də şişirdərək və siyasiləşdirərək “yuxarılara” çatdırırdı. Məsələn, həmin vaxtlar F.Əliyev sahibkar Əli Evsenlə birlikdə “Elit” ticarət mərkəzinin yaxınlığında, iri torpaq sahəsində yerləşən “Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin, həmçinin 1,2,3 №-li Evtikmə kombinatlarının, “Bakı Dəmir Beton-8” ASC-nin və həmin ətrafda digər özəlləşdirilmiş müəssisələrin yerində yeni ailə qurmaq istəyən gənclərə simvolik kredit faizi ilə, uzun müddətə satılmaq üçün 10-cu mikrorayon salmaq niyyətində idi. Onun bu ideyasının K.Həsənov tərəfindən başqa formada “yuxarıya” ötürüldüyü məlum olmuşdu. Belə təqdim olunmuşdu ki, bununla F.Əliyev özü üçün siyasi kapital toplamağı düşünür…

Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olan planları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər, torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həm rəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuata ötürüldü. Hətta F.Əliyevin əmlakının siyahısını belə hazırlayaraq mətbutda dərc etdirdi…
K. Həsənovun əsas rol aldığı bu kampaniyanın nəticəsi olaraq F.Əliyev həbs olundu. K.Həsənov üçün isə çoxdan arzuladığı, həsrətində olduğu yeni bir yüksəliş yolu açıldı…

(ardı var)
Murad Məmmədov
AzPolitika. info



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar