Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanin “əmlak krali” ilə bağli şok dosye - III yazi


Həsənov-Şahbazov-Çəlilov “üçlüyü”nün iri maxinasiyaları


Əmlak nazirinın “yuxarilari” aldatmaq üçün icad etdiyi “variantlar”, müavinlərinin xəstəliklərini şiddətləndirən münaqişələr…

Kərəm Həsənov və ətrafının vəzifə yüksəlişləri, özəlləşdirmədəkı rüşvət mexanizmləri, varidatları ilə bağlı sensasiyalı məlumatlar

Azərbaycanda 1996-ci ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, bu istiqamətdə bundan əvvəl də saytımızda 2 geniş araşdırma dərc olunub (bax: “Azərbaycandaki əmlak talanının astar üzü” adlı BİRİNCİ və İKİNCİ yazıya). Bu yazılarda Azərbaycanda əmlak talanının hansı mexanizmlərlə, necə və kimlərin vasitəsilə reallaşdırıldığı ümumi şəkildə açıqlanıb. Ancaq ötən illərdə Əmlak Məsələləri Dövlət Komitəsində söz sahibi olan şəxslərin, o cümlədən indiki rəhbərliyin bu prosesə necə qatılmaları, aşkar və gizli olaraq nələri ələ keçirmələri, hansı qanunsuzluqlarda, hətta cinayətlərdə iştirak etmələri detallı olaraq açıqlanmayıb.

“AzPolitika.info” saytı bunlarla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar əldə edib. Bizə təqdim olunan materiallarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gelmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materialları saytımızda hissə-hiss dərc edirik. Ümid edirik ki, aidiyyatı qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.

(BİRİNCİİKİNCİ hissələrini burdan oxu)

Saysız-hesabsız daşınmaz əmlak Həsənov-Şahbazov-Çəlilov üçlüyü tərəfindən ələ keçirilib

Ötən yazımızda qeyd etdiklərimiz, təbii ki, Kərəm Həsənova məxsus əmlakın tam siyahısı deyil. Onun və müavinlərinin Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəldikdən sonra əldə etdikləri əmlaklarla bağlı araşdırmalarımız davam edir. (Növbəti yazılarımızda bu barədə oxuculara daha geniş məlumat verəcəyik.) Qeyd edək ki, Kərəm Həsənova məxsus əmlakın sırasında göstərilən torpaq sahələrinin torpaq ayrıc sənədləri olmayıb. Ancaq vətəndaşların ümumi istifadəsində olan torpaqlara sonradan əlavə sahələr zəbt olunmaqla, artırılaraq K.Həsənovun yaxınlarının adına çıxarışlar verilib. Ümumiyyətlə, ƏMDK-ya K.Həsənov komandasının rəhbərlik etdiyi dövrdə çox az sayda kənar insan əmlak mülkiyyətçisi olub. Xüsusən, Bakıda əmlakın əhəmiyyətli bir hissəsi Kərəm Həsənov, Rüstəm Şahbazov, Rafiq Çəlilov üçlüyü tərəfindən ələ keçirilib. İstər dövlət əmlakı, istərsə də ümumi istifadədə olan, müvafiq icra hakimiyyəti orqanından torpaq ayrıc sənədi olmayan, səkilərdə, parklarda, yaşıllıq sahəsində, gölməçələrin doldurulması hesabına əldə olunmuş özəlləşdirilmiş saysız-hesabsız daşınmaz əmlakın əksər hissəsi bu üçlüyün dost-tanışlarının, yaxın-uzaq qohum əqrabalarının adına rəsmiləşdirilib.

Nəzarət səhm paketinin sahibi NAMƏLUM olan yüzlərlə müəssisə var
<a href=Rüfət Aslanlı">
Müxtəlif instansiya məhkəmələrində ƏMDK-i və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti (DƏDRX) ilə bağlı qanuni qüvvəyə minmiş yüzlərlə icra edilməyən Qətnamə, Qərar var ki, K.Həsənovun yuxarılarla bağlılığına görə icra məmurları Azərbaycan Respublikasının Konstitusiyasında , Qanunlarda təsbit olunmuş vəzifələrini yerinə yetirə bilmirlər. İcra olunmayan Qərar və Qətnamələrlə əlaqədar vətəndaşların Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına müraciətləri cavabsız qalır… Adı Türkiyənin “Eksimbank”ına olan borca görə hallanan “Gəncə Pambıq Əyrici” ASC-nin çek hərracının nəticələri ləğv olunsa da, müəssisənin fəaliyyəti və əldə olunan gəlirin kimlərin cibinə axması nə üçün araşdırılmır?

10 və daha çox illər əvvəl Səhmdar Cəmiyyət kimi dövlət qeydiyyatından keçmiş, guya səhmlərinin 70 %-i çek hərraclarında satılmış, əslində nəzarət səhm paketinin sahibi NAMƏLUM olan yüzlərlə müəssisə var ki, nədənsə onlarda səhmdarların birinci ümumi yığıncağının keçirilməməsinin səbəbi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlını maraqlandırmır. Görəsən indiyə qədər Səhmdar Cəmiyyətinə çevrilmiş 1600-ə yaxın müəssisənin neçəsindəsə birinci ümumi yığıncağın keçirilməməsinin səbəbi nədir?

Həmin ASC-lərdə birinci ümumi yığıncağa qədər idarə heyətlərinə sədr təyin olunmuş şəxslərin vasitəsilə müəssisələrin əmlakından və torpaq sahələrindən istədikləri kimi istifadə edirlər. Kərəm Həsənovun tapşırığı ilə gəlirin müəyyən hissəsi hər ay və ya hər rüb müavin Rüstəm Şahbazovun nəzarət etdiyi “katyol”a verilir. Təbii ki, bundan həmin müəssisələrin səhmdarlarının xəbəri olmur…

Rüstəm Şahbazovun kompetensiyasına nələr daxildir?
Rüstəm Şahbazov
Rüstəm Şahbazov yalnız Əmlak Komitəsindəki “katyol”a nəzarət etmir. Eyni zamanda pul, çek hərraclarına nəzarət etmək, kimləri hərracların qalibi etmək, ondan behin, qalıq məbləğin alınması, formal olsa da, investisiya müsabiqəsinin keçirilməsi də Şahbazovun nəzarətindədir.

Bundan əlavə səhmləri tam satılmamış ASC-lərin dövlətdə qalan səhmlərinə görə dividentlərin yığılmasına, orta və iri müəssisələrlə əlaqədar vətəndaşların müraciətlərinə cavab verilməsinə, ASC-lərin əmlakının banka girov qoyub kredit götürülməsinə, birinci ümumi yığıncaqların keçirilməsinə, yeni təsis olunmuş müəssisələrin Nizamnamələrinin dövlət qeydiyyatından keçirilməsinə də Rüstəm Şahbazov nəzarət edir.

Səhmlərin QKDK-nin Milli Depozit Mərkəzində (MDM) qeydə alınması, I Dövlət Proqramı və sonrakı dövrlərdə ASC-yə çevrilmiş, guya çek hərraclarına çıxarılaraq satıldığı elan olunan, lakin səhm paketinin öz yaxınlarının, dost-tanışlarının, hətta sürücüsünün, tələbə yoldaşlarının adına rəsmiləşdirilməsi, sonradan iri məbləğə QKDK-də addan-ada keçirilməsi, müştərək müəssisələrdə dövlətin payının faiz nisbətinin artırılıb-azaldılmasına nəzarət, ləğv olunmuş, ərazisi dövlət ehtiyacı üçün alınmış müəssisələrin qiymətli avadanlıqlarının, dəzgahlarının metal tullantısı adı ilə satılması, ən vacibi, ümumi “katyol”a nəzarət R.Şahbazovun kompetensiyasına aiddir.

Rüstəm Şahbazovun nəzarəti və rəhbərliyi altında əmlakı talan edilən müəssisələr

Onun nəzarətində olan sadaladığımlz bütün işlərin hər birinin arxasında saysız–hesabsız korrupsiya, saxtakarlıq faktları gizlənir. R.Şahbazov digər müavin Rafiq Cəlilovun səlahiyyətinə daxil olan sahəyə aid işlərə qarışa bilmir. Ancaq R.Cəlilov ona aid sahələrə də qarışır…

Hər birində 1000 nəfərdən 10 000 nəfərədək yüksək ixtisaslı mühəndis, texniki işçilər çalışmış Səttarxan savodu, Bakı Şin Zavodu, Şifer Zavodu, Bakı Kondisioner Zavodu, 28 May Zavodu, Bakı Elektrik Maşınqayırma zavodu, 1,2,3,4 saylı Evtikmə kombinatları və digər adlarını çəkmədiyimiz onlarla orta və iri müəssisələrin əmlakı talan olundu, avadanlıqları, müxtəlif təyinatlı qiymətli dəzgahları şəxsən R.Şahbazovun nəzarəti və rəhbərliyi altında metal qırıntısı kimi satıldı. Həmin müəssisələrin torpaq sahələri özləri tərəfindən hissə-hissə yaxınlarının adına özəlləşdirildi. Sonra da Dövlət Statistika Komitəsinə minlərlə yeni iş yerlərinin açılması barədə yalan məlumat verildi…

Rüstəm Şahbazovun şəkərini, Rafiq Cəlilovun ürək ağrılarını şiddətləndirən münaqişələr
963
Əmlak əldə etmək arzusunda olan şəxslər bir qayda olaraq R.Şahbazovun və R.Cəlilovun yanına gəlir(di)lər. Onlar da əmlakın həcmini, yerini, təyinatını və sairi nəzərə alaraq, konkret məbləğ söyləyir(di)lər. Müəyyən “bazarlıqdan” sonra “razılaşma” olardısa həmi şəxs tələb olunan məbləği dərhal və ya müəyyən müddət ərzində toplayıb Komitəyə gətirərdi. Bir çox hallarda K.Həsənovun tapşırığı ilə əmlak əldə etmək istəyən şəxslərdən əvvəlcədən razılaşdırılan məbləğdən daha yüksək pul tələb olunurdu. Bu zaman həmin şəxslə müavinlər arasında ciddi narazılıqlar, münaqişələr yaranırdı. Bəzən bu narazılıqlar Komitənin binasında, bütün əməkdaşların gözü önündə kobud söyüşlərlə müşahidə olunan dava-dalaşla başa çatırdı.

Əgər münaqişə Rüstəm Şahbazovla bağlı idisə, onun şəkər xəstəliyi, Rafiq Cəlilovla bağlı olurdusa onun ürək ağrıları “şiddətlənirdi”. Bununla da əmlak sahibi olmaq istəyən şəxs binadan çıxarılır, bir də yeni məbləği hazırladıqdan sonra gəlirdi.

Kərəm Həsənovun icad etdiyi “optimal” variantlar

Bəzən K.Həsənov daha “optimal” variantlardan istifadə edirdi. Belə ki, müəssisənin rəhbəri işləmiş şəxsi prosesdən kənarda saxlamaq üçün səhm paketini öz yaxınlarının adına rəsmiləşdirirdi. Həmin şəxsdən nəzərdə tutulan məbləği aldıqdan sonra isə səhmləri QKDK-də onun adına keçirilməsi barədə R.Şahbazova göstəriş verirdi.

K.Həsənov belə “optimal” variantlardan “yuxarıları” aldatmaq üçün də istifadə edir. Belə ki, Bakının müxtəlif rayonlarında onun şərikliyi ilə tikilən obyekt və hündür mərtəbəli binaların guya ona heç bir aidiyyatı olmadığını sübut etmək üçün Komitənin əməkdaşlarını tikintini dayandırmaq üçün həmin yerə göndərir. Şərikinə səs-küy salmağı, guya Komitənin ona işləməyə imkan vermədiyini bəyan etməyi tapşırır. Sonra da guya bu səs-küyün böyüməməsi üçün əməkdaşlarını geri çağırırdı. Bununla da bəzi obyekt və hündür mərtəbəli binalarda onun da şərikliyinin olmasını hakimiyyətdən “ustalıqla” gizlədir.

Müştərək müəssisələrdə dövlət payının azaldılması nəyə xidmət edir?
download
Kərəm Həsənovun gizlətmək məharəti hələ şöbə müdiri olandan ortaya çıxmışdı. Məsələn, o vaxtlar müştərək müəssisələrdən yığılan məbləğ Kərəm Həsənov, Rüstəm Şahbazov, Rafiq Çəlilov üçlüyü tərəfindən bölüşdürülürdü. Lakın sonra Fərhad Əliyevin bundan xəbər tutduqda, “katyol”a təhvil vermək məcburiyyətində qaldılar.

Bundan sonra müştərək müəssisələrdə dövlətin payının faiz nisbəti süni surətdə azaldılırdı. Baxmayaraq ki, niyyət protokolunda və təsis müqaviləsində Azərbaycan Respublikasının payı 51 % və daha çox olsa da, alqı-satqı zamanı azaldılaraq 20-30 % göstərilirdi. Ortada olan faizə görə əldə olunan məbləğ isə şəxsi ciblərə gedirdi. Bu fakt araşdırılarsa, böyük bir maxinasiyanın üstü açılar.

Müştərək müəssisələrdə dövlət payı əsasən məsləhətçi “Ernest Yonq” şirkətinin qiymətləndirməsindən sonra həyata keçirilirdi. Qiymətləndirici guya dünya praktikasına, bazar konyukturasına istinad edib 2-3 qiymətləndirmə rəyi təqdim edirdi. Dövlətin payını almaq istəyən şəxsin R.Şahbazovla razılaşmasından sonra “Ernest Yonq” qiymətləndirici şirkətindən razılaşdırılmış məbləğə uyğun rəy alınırdı.

500 ASC-nin 52.9 min manat divident ödəməsi yalanı, Şahbazovun bank “əməliyyatları”

Elə “AzPolitika.info” saytının 29.03.2014-cü il tarixli məlumatında qeyd olunur ki, ƏMDK-nə səhmləri satılmamış ASC-dən 2013-cü ildə 52.9 min manat divident ödənilib. Əslində isə bu rəqəmdən 4-5 dəfə çox məbləğ R.Şahbazovun nəzarət etdiyi “katyol”a təhvil verilib.
2013-cü ilin yekunlarına görə, ölkə üzrə bütün sahələrdə güclü irəliləyiş olduğu və bu barədə KİV-də məlumat verildiyi halda, səhmləri tam satılmamış 500-ə yaxın ASC-nin bir səhmə görə 0.02-0.03 qəpik divident ödəməsi və ya onların zərərlə işləməsinin bəyan olunması gülməli deyilmi? Bu fakt ortada böyük maxinasiyanın olduğunu sübut etmirmi?

Görəsən Vergilər Nazirliyi əməkdaşları müəssisələrin hesabat ilini süni sutətdə zərərlə başa vurma səbəblərini nə vaxt diqqətlə araşdıracaq?

2013-cü ilə qədər qanunla ASC-də pul hərracının qalibi qalıq məbləği 5 bank günündə ödəməli idi (2013-cü ildən bu müddət 30 günə qədər uzadıldı). Ancaq R.Şahbazov ASC-də pul hərracının qalibindən məbləği alıb başqa sahəyə yönəldir, müəyyən vaxtdan sonra həmin vəsaiti banka köçürürdü. Ortada olan müddətdə isə həmin vəsaitlə özü üçün başqa əməliyyatlardan xeyli pul qazanırdı.

Ancaq nədənsə DƏİODK-nin, sonralar onun hüquqi varisi olan ƏMDK-nin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan Hesablama Palatası, Maliyyə Nazirliyi heç bir fakta, qanunvericiliyin pozulması hallarına rast gəlməyib… Görəsən özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdikləri torpaq sahələrinin özəlləşdirilməsi zamanı müqavilənin əvvəlki tarixə tərtib olunması, müqaviləyə əsaslanıb ödənişin köhnə qiymətlə banka ödənilməsi faktlarını aşkar etmək qeyd olunan qurumlar üçün bu qədərmi çətindir? Yoxsa Kərəm Həsənov-Rüstəm Şahbazov-Rafiq Çəlilov üçlüyü onları da susdurmağı bacarıb?

Murad Məmmədov (AzPolitika.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar