Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Ukrayna arasında birgə istehsal üçün 5 prioritet sahə açıqlandı


Ukrayna və Azərbaycan kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir


Bunu Trend-ə müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, baş nazirin müavini Stepan Kubiv deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır.

S.Kubiv bildirib: "Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, belə ki, Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Bu səbəbdən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin KiyevAzərbaycanın Ticarət Evinin yaradılması təklifi tərəfimizdən müsbət qarşılanmışdır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələri gücləndirməlidir".

Ukrayna baş nazirinin müavini daha sonra əlavə edib ki, yuxarıda qeyd edilən sahələrlə yanaşı, Ukrayna aqro sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

S.Kubiv həmçinin bildirib: "Əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukrayna neft emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq".

Müsahibəsinin sonunda baş nazirin müavini Bakıda birgə forumun keçirilməsinin planlaşdırıldığını da bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar