Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı İŞİD-çidən atasına dəvət - Video


Suriyada İŞİD-ə qoşulan azərbaycanlı gənc atasına çağırış edib


Özləri üçün o qədər də adi olmadığı sezilən “kabablama mərasimində” çıxış edən vəhhabi vəziyyətindən razılıq edir. 

O, hazırlanmış süfrənin yüksək səviyyədə olduğuna inana-inana (görünür, hətta bu vəziyyətdə açılmış süfrə də Suriyada nadir hadisə sayılır) rahat şərait, pulsuz mənzil və normal qidalanmadan danışır.
 
Atasına çağırış edən terrorçu onu Suriyaya dəvət edir. Onun yanında olan və kadrları lentə alan da azərbaycanlıdır. Yol üstündəki kafelərin birində yemək yeyən vəhhabi gənc heç bir problem olmadığını söyləyir.
 
“Burada kimsə ac-susuz qalmır. Azərbaycandakından daha yaxşı yeyirik. Gəl bura, yaxşı ev də verilir, yaşa da. Orda yaşamaqdansa, burda yaşa”.
 
İnsanın yalnız “rahat yeməkdən ibarət məxluq” olduğu təsəvvürünü atasına aşılamağa çalışan vəhhabi gənc deyir ki, Suriyaya gəlmək üçün Elnur adlı şəxsə müraciət etsin.
 
Bu çağırış əslində Suriyada döyüşənlərin təfəkkürünü ortaya qoyur; onlar yalnız yatmaq üçün yer və ət yemək üçün vuruşmaq təfəkkürünə sahibdirlər ki, bu da qətiyyən insani deyil – belə dünyagörüşlə ancaq meşə yırtıcıları yaşayır.
 
Yəqin ki, Elnurun kimliyi ilə artıq Azərbaycan hüquq mühafizə orqanları maraqlanacaq…
 
Azadxəbər.az-ın yaydığı videonu təqdim edirik: 
 
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar