Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı aktyor 16 il görmədiyi oğluna qovuşdu- Video


“Adam içində” verilişinin araşdırdığı problemlərdən biri artıq iki gündür hamını həyəcan içində saxlayır


PİA.AZ ans-ə istinadən xəbər verir ki, aktyor Fikrət Məmmədovla onun oğlu arasında yaşananlar tamaşaçıların bəzisini ağlatmış, bəzisini tərəflərdən birini qınamağa sövq etmişdi. Amma hər şeyə rəğmən ata-oğul münasibətlərinin nə ilə qurtaracağı da hamını düşündürürdü. Bu gün bütün intizarlara son qoyuldu. Özü də məntiqi şəkildə. Aktyorun oğlunun ötən verilişdə atasının narkotik vasitədən istifadə etməsi iddiası testlər nəticəsində aydınlığa qovuşdu. Fikrət Məmmədovun qanında narkotik maddə aşkarlanmadı. Aktyor doğma oğlunun ürəyinə yol taparaq onun güvənini yenidən qazanmaq üçün lazım olan bütün şansları dəyərləndirmək istədiyini dilə gətirdi.

Təbii ki, 16 il ərzində yaşananlar oğlu Maqsud Hüseynzadə üçün nə qədər çətin olubsa, indi atasını bağışlamaq ən az o qədər asan olmadı. Buna baxmayaraq Maqsud addım atacağını və uşaqlıqda üzünü doyunca görməsə də, ata nəvazişinin nə olduğunu bilməsə də, onu tanımağa çalışacağını dedi.

“Əgər mənin sözüm lazımdırsa, əgər ona ruh yüksəkliyini qaldırmaq üçün mənim köməyim lazımdırsa çalışaram. Öz ailəmə ayırdığım vaxtdan kəsib atama da vaxt ayıraram. Amma maddi cəhətdən köməklik edə bilməyəcəyəm”, – deyə aktyorun oğlu Maqsud Hüseynzadə bildirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aktyoru ev və onun müalicəsi üçün tibbi bacısı ilə təmin etdi.

Sonda hər kəsin günlərlə səbirsizliklə gözlədiyi an baş tutdu. Maqsud ürəyində ata sevgisinin nə olduğunu hiss etməsə də, onu duymaq üçün bir addım ataraq atasını qucaqladı. Ümid edirik hər iki tərəf bundan sonra bir-birini ata-oğul kimi tanıyar və nə vaxtsa aralarında olan sevgi yenidən yaranar.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar