Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı alimə “fəxri xaç” ordeni verildi


Avstriyanın Federal Prezidenti ölkənin federal elm, tədqiqat və iqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə mükafatlandırılıb


O, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi Frans Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə 2013-cü ildə V.Hacıyevə “Tərcümə mükafatı” verib. “Məhkəmə” romanı son iki ilin ən yaxşı tərcüməsi kimi 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Abbas Səhhət” mükafatına layiq görülüb.

V.Hacıyev klassik və müasir alman ədəbiyyatının nümayəndələri olan H.Hesse, H.Böll, Z.Lents və digərlərinin əsərlərini almancadan Azərbaycan dilinə tərcümə edib. O, Avstriyanın bu ali təltifinə layiq görülən ilk azərbaycanlı alim-tərcüməçidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar