Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı deputatdan ABŞ Senatına məktub


Milli Məclisin üzvü Elxan Süleymanov ABŞ Senatında çoxluqların lideri Mitç Makkonel və azlıqların lideri Harri Reydə müraciət edib


E. Süleymanov müraciətində bildirib ki, bu ilin mart ayında Azərbaycana dəfələrlə səfər etmiş, sonuncu səfərində 2013-cü ildə seçkiləri müşahidə etmiş keçmiş konqresmen Silvestr Reyesin “Roll Call”-dakı məqaləsini oxuyub: 

Konqresmen Reyes ölkəmizi araşdırıb və haqqımızda bir çox məlumatlar öyrənib. Biz ona çox hörmət edirik və Azərbaycanın ABŞ-a dəstəyinin əhəmiyyətini təsvir edən mart tarixli məqaləsi çox düzgündür. Daha sonra iyulun ortalarında hökumətim 16 senatorun imzaladığı və “Azad Avropa” radiosu – “Azadlıq” radiosunun şikayətlərindən bəhs edən fərqli bir məktub aldı. Bu senatorların çox az hissəsi Azərbaycana səfər edib və bizimlə əlaqələri prioritet hesab edənlərin heç birinin imzasını görmədik. Onların Azərbaycana gəlib bizimlə vaxt keçirməsinə, bizi, mədəniyyətimizi və tariximizi və əməkdaşlıq edə biləcəyimiz sahələri müzakirə etməyə şad olarıq. Bu gün İsrailə və Avropaya xidmət edən Bakı-Tiflis-Ceyhan boru-kəmərinin tikilməsində əlaqələrimizin əhəmiyyətini xatırlayarsınız. 

Qarşılıqlı fayda verəcək əməkdaşlıq üçün böyük imkanlar var. İcazənizlə, senatorların məktubunda ifadə edildiyi kimi, “Azadlıq” radiosunun başlıca şikayətindən danışmaq istərdim. Onlar mühitimizdə “azad və müstəqil” olmadıqlarından şikayətlənirlər. Bizdə belə təəssürat yaranır ki, onlar ümumiyyətlə azad və müstəqil deyil, çünki Amerikanın İdarəçilərin Yayım Şurasının Beynəlxalq Yayım Əməliyyatları hökumət agentliyinin rəhbərliyi altında xüsusi “missiyalar”a yönəlmiş Amerika hökumət fondlarından illik 734,000,000 $ ilə maliyyələşir. “Azadlıq” radiosu soyuq müharibə zamanı hədəf hökumətləri zəiflətmək məqsədilə dünyanın bir çox hissələrinə Amerika hökumətinin maliyyələşdirdiyi ismarışları verən ABŞ təbliğat silahı kimi təsis edilib. 

Düşünürük ki, “Azadlıq” radiosu dəyişməyib və bu gün hələ də ABŞ-ın seçdiyi hökumətləri zəiflətməyə yönəlib. O, yalnız ABŞ hökuməti tərəfindən maliyyələşir. Bunu sizinlə müzakirə etməyə məmnun olarıq. Eyni zamanda iyul ayında dövlətin və Xarici Əməliyyatların Təxsisatlar qanununda 2016-cı maliyyə ilinizdə Komitə səviyyəsindəki hesabat dili barədə narahatlığımızı ifadə etmək yerinə düşər. Bu dil ABŞ Dövlət Departamentinə ölkəmdə hökumət proseslərinə birbaşa müdaxilə etmək və nəticələr haqqında Senata məruzə etmək göstərişi verir. Biz buna heyrətlənir və bunu soyuq müharibəyə bənzədirik. 

Sizdən atdığınız addımları nəzərdən keçirib, yenidən diqqətlə düşünməyi xahiş edirəm. Biz ABŞ-la əlaqələrimizə hörmət edir və dəyər veririk və bu əlaqələrin müsbət istiqamətdə irəliləyə biləcəyinə ümidvarıq. Nəticə etibarilə, 1991-ci ildən etibarən müstəqil və demokratik dövlət kimi əldə etdiyimiz irəliləyişlə fəxr edirik. Biz donor dövlətik. Biz vətəndaş cəmiyyətini irəli aparacaq bir çox beynəlxalq təşkilatların fəal və müsbət üzvüyük. Biz sizinlə müsbət yöndə işləmək perspektivinə inanırıq”. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar