Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı deputatlar İsrail prezidentinin qəbulunda oldular


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar


Milli Məclisin mətbuat xidmətindən modern.az saytına verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrail prezidenti Ruvi Rivlin, Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelşteyn, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, İsrail XİN-in Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, XİN-in Siyasi rəhbəri Alon Uşpiz, XİN-in Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə görüşüblər. 

İsrail prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti BMT-də Xocalı soyğırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə ona təşəkkür ediblər. Görüşlərdə İsrail-Azərbaycan münasibətləri ətraflı müzakirə edilib. İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirib. Onlar Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən, iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb. Qeyd edək ki, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Knessetin dəvəti ilə İsraildə rəsmi səfərdə olub. Səfər fevralın 12-də başa çatıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar