Azərbaycanlı gənc türk polisini, Azərbaycanın baş konsulluğunu ayağa qaldırıb
ANS PRESS-in "Milliyet"ə istinadla verdiyi məlumata görə, Bakıda yaşayan Kamran Məmmədzadə adlı kişi 1 həftə öncə itkin düşüb. Ailəsi jurnalist Xoşqədəm Hidayətqızından yardım istəyib.
"Vatan" qəzetinin məlumatına görə, 23 yaşlı Kamran adlı gənc telefonla proqrama qatılaraq qumar borcu olduğunu deyib O, 50 min lirə pul müqabilində azad ediləcəyini və Diyarbakırda qaçırıldığını deyib.
Bundan sonra Azərbaycan baş konsulluğu dövriyyəyə girib və türk polisindən yardım istəyib. Polislər K..Məmmədzadənin rus qadınla görüşdüyü haqda məlumat əldə edib. Qadının Laləlidə oteldə qaldığı müəyyən edilib.
Qaçırıldığını iddia edən gənc oteldə rus qadınlarla kef məclisi keçirəndə tapılıb.
Bəlli olub ki, 23 yaşlı gənc yalan danışıb. "Pulları qumarda itirdiyim üçün bu yalanı uydurdum".