Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı girovlar məhkəmədə çıxış etdilər- Yenilənir


İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayıb


 “Qafqazinfo” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, girovlar “günah”larını qismən boyunlarına alıblar. 

Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib. 

İlk prosesdə azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı qeyd edilib. 

Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları qismən etiraf ediblər. D.Əsgərov bildirib ki, 2005-ci ildə Ş.Quliyevlə birgə və 2007-də isə iki dəfə -birincidə Raffi adlı biri, ikincidə isə qəbri ziyarət etmək üçün Azərbaycan sərhədini keçməsi ilə bağlı ittihamları qəbul etməyib. Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla sərhədi keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla yanaşı, qanunsuz silah daşıma, pul, sənəd və mal-qara oğurluğunu qəbul edib. 

Şahbaz Quliyev isə bildirib ki, 2005-də sərhədlə bağlı heç nə bilməyib. 2014-də isə sərhədi keçib: “Dilqəm dedi ki, heç nə yoxdur, biz də inandıq”. 

Erməni KİV-i yazır ki, Quliyev silahların ona sərhəddə verildiyini deyib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev “uşağa çörək yedizdirmişəm” -deyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar