Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı


Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu, Azərbaycanla bağlı İngiltərədə keçirilən tədbirlərdə fəallığı ilə seçilən Hafiz Baxşəliyev Londonda Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb


Hafiz Baxşəliyev Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyinin yaranmasında əsas məqsədin dünyada yaşayan idmançı soydaşlarımız arasında əlaqələrin və münasibətlərin qurulması, əməkdaşlıq məsələlərini koordinasiya etmək, birlik və həmrəylik yaratmaq olduğunu qeyd edib.

Bu barədə Birliyin qurucularından,diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. O bildirib ki, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub: " Böyük Britaniya dünyanın aparıcı ölkələrindəndir. Böyük Britaniya Avropa İttifaqından ayrılsa da, dünyada sözü və çəkisi olan dövlətdir. Bu səbəbdən Böyük Britaniyada fəaliyyət göstərən dispora təşkilatı bu dövlətlə Azərbaycan arasındakı münasibətlərin inkişafına önəmli töhvə verməlidir.

İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Müxtəlif beynəlxlaq yarışlarda uğurlar əldə edən, yaşadıqları ölkələrin ictimai-siyasi proseslərə təsir imkanı olan idmançı soydaşlarımızın da potensialından istifadə etməyi düşündüyümüzdən bu təşkilatın formalaşmasına start verdik. Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir. Ümid edirik ki, azərbaycanlı idmançıların xarici ölkələrdə təşkilatlanması, onların diaspor quruculuğundakı prosesdə yaxından iştirakı Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edəcək. Birliyin sədri Hafiz Baxşəliyev Avropada nüfuzlu idmançılarımızdır və vətənpərvər insandır. İngiltərədə keçirilən Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edir. Düşünürəm ki, onun nüfuz və fəallığı birliyimizin güclü formada fəaliyyət göstərməsinə böyük təsir göstərəcək". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar