Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı müxalifətçi Ukraynada Rusiyaya qarşı döyüşür - Video


Azərbaycan iqtidarını hədələyən bu şəxs haqqında hüquq-mühafizə orqanları nə düşünür?


Suriyada döyüşən azərbaycanlılar uzun müddətdir ki, müzakirə mövzusudur. “Suriyaya niyə gedib” diskussiyaları gündəmdə öz yerini qorumaqda davam etməklə yanaşı hüquq mühafizə orqanlarının Suriyada döyüşənlərin cinayət məsuliyyətinə cəlb olunmaları da öz aktuallığını qoruyur.  Suriyada, Əfqanıstanda, Çeçenistanda döyüşənlərdən bəhs edildiyi halda Ukraynada döyüşlərə qatılanlardan nədənsə danışılmır.

Məsələ burasındadır ki, Suriyada üz-üzə döyüşən azərbaycanlılara Donetskdə də rsst gəlmək mümkündür. Lakin Ukrayna tərəfdən döyüşənlərin daha çox olduğu vurğulanmaqdadır. Bir müddət öncə məşhur polkovnik İsa Sadıqovun da Ukraynaya getdiyi bildirilirdi.

Yenicag.az-ın təqdim etdiyi Ukraynanın azərbaycanlı fədaisi Elşən Cavadzadə hazırda Donetskdə döyüşməkdədir.

Öz dediyinə görə, etnoloqdur və peşəkar kəşfıyyatçıdır. Qarabağda,  Çeçenistanda və Bosniyada döyüşüb. Ən qatı millətçilərin batalyonu olan Saşko Biliy adında  “Viking” batalyonunun yaradılmasına kömək edir.

Özünün sosial şəbəkələrdə paylaşdığı şəkil və statuslardan görünür ki, Elşən Cavadzadə müxalifyönümlü şəxsdir və Yuşenko dövründə bu ölkəyə mühacirət etmiş şəxsdir. O, özünü Azərbaycan Ülkücü Hərəkatının Tuqay çavuşu adlandırıb.

Azərbaycan iqtidarını sərt şəkildə tənqid edən E.Cavadzadənin internetdə Azərbaycan hakimiyyətini və Azərbaycan Respublikasının Ukraynadakı səfirini təhqir edən video görüntüləri də mövcüddür.

Ukrayna’nın Gromadskoe TV kanalının Elşən Cavadzadə haqqında çəkdiyi filmi xəbər veririk:



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar