Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarx Batumidə kazino-otel açır



Azərbaycanlı oliqarx, SOCAR-a və Azərbaycanda işləyən neft şirkətlərinə neft avadanlıqları satmaqla varlanan Musa Süleymanov Gürcüstanın Batumi şəhərində İsveçrə brendi altında 184 nömrəlik kazino-otel açmağa hazırlaşır


Musa Süleymanovun sahibi olduğu “ADO-G” şirkətlər qrupunun İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə tərəfdaşlıq şəraitində Batumidə “Grand Swiss-Belhotel Batumi” otelinin açılmasına dair razılaşma imzalanıb.

Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək. Otelin açılışı 2016-cı ilə planlaşdırılır.

Razılaşmanın imzalanması münasibəti ilə “Swiss-Belhotel İnternational”ın prezidenti Hevin M.Fual bildirib: ““Grand Hotel Swiss-Belhotel Batumi” bu şəhərdə əyləncənin və dəbdəbənin yeni ünvanı olacaq. Kafe-barları, xüsusi restoranları və müxtəlif zövqələrə uyğun nömrələri olan, 111 metr hündürlüyündə, unikal kubik struktura malik otel Qara dəniz sahilində yerləşən şəhərin simasının dəyişməsinə öz töhfəsini verəcək”.

“ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.

M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.

M.Süleymanovun adı Azərbaycan mətbuatında çoxsaylı qalmaqallarla gündəmə gəlib. Bu da onun əsasən Tovuzun “Turan” futbol klubunun prezidenti kimi fəaliyyəti ilə bağlı olub. 2012-ci ildə o, klubun prezidenti vəzifəsindən istefa verib.

Oliqarxın Batumidəki “kubik-rubik” formalı otelinin tikintisi 2012-ci ildən başlayıb. Lakin işlər ötən ilə qədər demək olar ki, getmirdi. Otelin tikintisi üçün alınmış ərazi hasara alınmışdı və tikinti işlərinin aktiv fazası başlamamışdı. M.Süleymanovun hazırda Qazaxıstanda da tikinti biznesi ilə məşğul olduğu məlumdur. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar