Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarx Batumidə kazino-otel açır



Azərbaycanlı oliqarx, SOCAR-a və Azərbaycanda işləyən neft şirkətlərinə neft avadanlıqları satmaqla varlanan Musa Süleymanov Gürcüstanın Batumi şəhərində İsveçrə brendi altında 184 nömrəlik kazino-otel açmağa hazırlaşır


Musa Süleymanovun sahibi olduğu “ADO-G” şirkətlər qrupunun İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə tərəfdaşlıq şəraitində Batumidə “Grand Swiss-Belhotel Batumi” otelinin açılmasına dair razılaşma imzalanıb.

Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək. Otelin açılışı 2016-cı ilə planlaşdırılır.
 
Razılaşmanın imzalanması münasibəti ilə “Swiss-Belhotel İnternational”ın prezidenti Hevin M.Fual bildirib: ““Grand Hotel Swiss-Belhotel Batumi” bu şəhərdə əyləncənin və dəbdəbənin yeni ünvanı olacaq. Kafe-barları, xüsusi restoranları və müxtəlif zövqələrə uyğun nömrələri olan, 111 metr hündürlüyündə, unikal kubik struktura malik otel Qara dəniz sahilində yerləşən şəhərin simasının dəyişməsinə öz töhfəsini verəcək”.
 
“ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.
 
M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.

M.Süleymanovun adı Azərbaycan mətbuatında çoxsaylı qalmaqallarla gündəmə gəlib. Bu da onun, əsasən, Tovuzun “Turan” futbol klubunun prezidenti kimi fəaliyyəti ilə bağlı olub. 2012-ci ildə o, klubun prezidenti vəzifəsindən istefa verib.
Oliqarxın Batumidəki “kubik-rubik” formalı otelinin tikintisi 2012-ci ildən başlayıb. Lakin işlər ötən ilə qədər, demək olar ki, getmirdi. Otelin tikintisi üçün alınmış ərazi hasara alınmışdı və tikinti işlərinin aktiv fazası başlamamışdı. M.Süleymanovun hazırda Qazaxıstanda da tikinti biznesi ilə məşğul olduğu məlumdur.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar