Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarxın milyonları batdı, “Lans“ erməniyə keçdi

Paris kommersiya məhkəməsinin mayın 23-də verdiyi qərara əsasən, Fransanın əvvəllər azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olan «Lans» futbol klubu yeni sahibini tapıb


Gözlənildiyi kimi, komandanın yeni sahibləri arxasında Madridin «Atletiko» klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hil («Atletiko»nun baş direktoru) duran Lüksemburqun «Solferino» şirkəti, həmçinin təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın «AmberCapital» investisiya şirkəti olublar.

Virtualaz.org-un müxbiri ilə söhbətində məhkəmənin bu qərarına etiraz edəcəyini bildirən Hafiz Məmmədov aretıq Fransaya vəkillərini göndərdiyini bildirib. «Mən hələ «RCL Holdinq»in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib», - H.Məmmədov deyib.

Xatırladaq ki, Hafiz Məmmədovun «RCL Holdinq» şirkəti mayın 4-də hesabında 5735 avro ilə Fransada müflis elan edilib.

«Hafiz Məmmədov mənim əziz dostumdur, - bunu məhkəmədən sonra mətbuat konfransında İqnasio Aquillo deyib. - O, «Lans»ın uğurları üçün çox şey edib, xeyli pul yatırıb. Lakin indi onun çətinlikləri var, klub isə gözləyə bilməz. Dostluğumuza görə mən Hafiz Məmmədovu qane edəcək həll yolu axtardım. Biz əlimizdən gələni etdik ki, Məmmədovun «Lans»ın həyatındakı rolunu qoruyub saaxlayaq. Ümid edirəm ki, o tezliklə öz problemlərini həll edəcək».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar