Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qumarbazlar Tiflis kazinolarına milyonlar axıdır

Azərbaycandan olan qumarbazlar Tiflis kazinolarının əsas gəlir mənbəyidir


Virtualaz.org saytı xəbər verir ki, bu haqda Tiflisdəki üç iri kazinodan birinin operatoru olan “Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin “Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində bildirib.

L.Qubin məruzəsini “Russian Gaming Week-2015” sərgi-forumunda təqdim edib. O deyib ki, hazırda Gürcüstanda iki böyük oyun mərkəzi var: TiflisBatumi. Tiflisdə üç kazino işləyir, dördüncüsü tikilməkdədir. Batumidə 10 kazino işləyir və daha bir neçəsi tikilir. Orada biznes əsasən Türkiyədən olan qumar həvəskarlarının hesabına inkişaf edir.

Məruzəçinin dediyinə görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir və Saakaşvilidən sonra hakimiyyətə gələnlər bu biznesi məhdudlaşdırmaq istəsələr də sonradan öz təşəbbüslərini geri götürürlər.

“Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir”- Lavrenti Qubin deyib.

Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər  ümumi müştərilərin 20 faizini təşkil etsə də gəlirin 80 faizini onlar verir.

Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir.

“Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib

“Storm İnternational” Tiflisdə 100-dən çox masaya və 100-dən çox oyun avtomatına malik olan böyük kazinonu idarə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar