Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı tələbələr hansı ölkələrdə təhsil alır?


Bu il “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər


Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, dövlət proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub. 

Aparıcı universitetlərin QS Reytinqinin top-10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc dövlət proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilir. Belə tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar. 

Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top 30-dakı universitetlərdə dövlət proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir. Hazırda dövlət proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə təsdiq olunacaq. Dövlət proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb. 

Türkiyədə tibbdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar. İlk dəfə bir ildə 9 nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün dövlət proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib. Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Taksilərə kamera qoyulması qərarına sərnişinlərdən reaksiya - Video

Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var

Valideynlərin nəzərinə: Uşaq oxumaq istəmirsə...

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Ən çox oxunanalar