Ötən ay prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun həbs olunması ilə bağlı məlumat yayılıb.
PİA.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub.
Onu da xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub