Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar Gürcüstanda məscid yandırdı


Gürcüstanda məscidə od vurulub. Bu dəfə hadisə siyasi səbəblərdən baş verməyib, məscidin yandırılması bir qətllə bağlı olub


ANS TV-nin Gürcüstan müxbirinin verdiyi məlumata görə, bu əmələ Qardabaninin Muğanlı kəndində qətlə yetirilən şəxsin yaxınları əl atıblar.

Təxminən 35 yaşı olan Nüsrəddin Xıdırov həmyerlisi, 40 yaşlı Oruc Əmiraslanovu bıçaqla öldürüb. Hadisə şahidlərinin sözlərinə görə, Muğanlı kəndindəki evlərin birində keçirilmiş toyda iştirak edən mərhum Oruc Əmiraslanov mahnı seçiminə görə toya gələn qonaqlardan biri ilə mübahisə edib. Vəziyyətin gərgin olduğunu görən qonaq çıxış yolunu toy evinə yaxın ərazidə yerləşən ibadət evinə qaçaraq gizlənməkdə görüb. Bundan xəbər tutan Oruc Əmiraslanov öz dostlarını da yığaraq məscidin qarşısına gəlib və mübahisəni burada davam etdirməyə cəhd göstərib. Elə hər şey də bundan sonra baş verib.

Kəndin axundu Hümbət Əliyev hadisəni belə şərh edir: "Gördüm ki, bunlar daha da aqressivləşirlər, hamını yığdım içəri, qapını bağladım ki, bəlkə ara sakitləşə. Üstündən bir az keçdi, eşitdim ki, bəs, Nüsrəddin qardaşı kəllə ilə vurublar, özündən gedib. Mən də su verdim ki, üzünə töksünlər, ayılsın. Çox az vaxt keçmişdi ki, gördüm ki, Nüsrəddini gətirirlər. Dedilər ki, o tərəfdən bir adamı vurub".

Adıçəkilən Nüsrəddin Xıdırov da digər ibadət edən dindarlar kimi sadəcə kütlənin ibadət etdikləri yerə daxil olmasının qarşısını almağa və mübahisədən qaçıb canını qurtarmış şəxsi qorumağa çalışıb. Lakin qəfil hücuma məruz qalması sonradan onu qatilə çevirib. Hadisə şahidlərinin sözlərinə görə, özünə gəldikdən sonra Nüsrəddin cib bıçağını çıxararaq dəmir barmaqlıqlar arasından Oruc Əmiraslanova xəsarət yetirib. Bıçaq zərbəsindən sonra dünyasını dəyişən Oruc Əmiraslanovun yaxınları isə onu torpağa tapşırdıqdan sonra ibadət evinə gələrək tikiliyə od vurublar.

Hadisənin digər təfərrüatlarını öyrənmək istəsək də qətlə yetirilən Oruc Əmiraslanovun ailə üzvləri və yaxınları bu barədə danışmaqdan imtina etdilər. Onu da qeyd edək ki, hadisəni törətməkdə adı hallanan Nüsrəddin Xıdırov həbs olunmayıb və o, yaşadığı yeri tərk edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar