Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar İŞİD-ə qoşulmaq üçün sərhəddə 10 dollar verir


Böyük Britaniyanın “Daily Mail” qəzeti “İraq və Şam İslam Dövləti”nə (İŞİD, indiki adı “İslam Dövləti”dir) qoşulmaq üçün Suriyaya gedənlərin Türkiyə ərazisindən sərhədi necə keçməsindən yazıb.


 “Daily Mail” qəzetinin müxbiri Sam Qrenhill avropalıların, qərblilərin və dünyanın bir çox ölkələrindən gələn cihadçıların Suriyaya necə keçdiyini araşdırmaq məqsədilə Türkiyənin Hatay vilayətində olub.

Müxbir sərhəd məntəqəsinə yaxın ərazilərdə gördükləri ilə bağlı təəssüratlarını oxucularla bölüşüb.



S.Qrenhill əvvəl Qaziantepə, oradan da Hataya gedib. Müxbir Suriya sərhədində təhlükəsizliyin az qala olmadığını yazıb. Onun yazdıqlarına görə, Suriyaya getmək istəyənlər Türkiyə sərhədindən rahatlıqla keçərək bu ölkədə İŞİD-ə qoşulur.

Türk əsgərlərinin sərhəddə nadir hallarda patrul xidmətinə çıxdığını iddia edən S.Qrenhill sərhəd gözətçilərinin sərhəddən qanunsuz keçənlərə çox xırda məbləğdə rüşvət - cəmi-cümlətani 10 dollar “şirinlik” müqabilində göz yumduqlarını qeyd edib.

Jurnalist yazır ki, sərhədi keçən şəxslər Hatay və Kilis şəhərlərinə çatdıqdan sonra 48 saat ərzində İŞİD üzvləri tərəfindən qarşılanıb Suriyada yerləşən düşərgələrə aparılır.

S.Qrenhillin qeydlərinə görə, bu yol vasitəsilə hər gün təxminən 20 nəfər Suriyaya keçərək İŞİD-ə qoşulur. S.Qrenhill radikal qruplara qatılan ingilislərin sayının 1000-ə çatdığını, bunlardan 250-sinin də ölkələrinə geri qayıtdığını yazıb.

Qeyd edək ki, Azərbaycandan Suriyaya döyüşməyə gedənlər də əsas nəqliyyat yolu kimi Türkiyəni seçir. Mətbuatda Suriyaya döyüşməyə gedənlərin öncə Türkiyəyə getməsi, oradan da Suriya ilə sərhəddən keçməklə cihadçılara qoşulması haqda xəbərlər yer alıb. Azərbaycandan Suriyaya gedənlərin böyük əksəriyyəti ailələri ilə axırıncı dəfə Türkiyə ərazisindən telefonla əlaqə saxlayırlar.



Elə Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən və sonuncu azərbaycanlı olaraq mətbuatda haqqında xəbər yer alan peşəkar güləşçi Rəşad Baxşəliyev kimi... Suriyaya gedən R.Baxşəliyev sonuncu dəfə anası Mirvari Baxşəliyeva ilə Türkiyədə olarkən danışıb. O, anasına Türkiyədə olduğunu və bura fəhlə işləməyə gəldiyini deyib. Bundan sonra isə ailəsi ilə əlaqə saxlmayıb.

Bu günədək Suriyaya gedən azərbaycanlıların əksəriyyəti evdən Türkiyədə işləmək adı ilə çıxır. Onların valideynlərinin mətbuata verdiyi açıqlamalardan da məlum olur ki, Türkiyəyə işləmək adı ilə gedən azərbaycanlılar oradan Suriyaya keçərək radikal dini qruplaşmalara qoşulur. Bundan sonra onlarla əlaqə saxlamaq mümkün olmur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar