Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar Nijeqorodu tərk edir


Rusiyanın Nijeqorod əyalətində azərbaycanlılara qarşı münasibət pisləşib


Bu barədə informasiya “Axar.az”a həmin vilayətdə yaşayan bir qrup soydaşımız tərəfindən daxil olub.

Soydaşlarımız artıq bölgədə vəziyyətin həddindən artıq pisləşdiyini qeyd ediblər:

“Şəhərlərin birində ermənilərlə nasistlərin davası oldu. O vaxta qədər də vəziyyət yaxşı deyildi, lakin indi ondan da ağırdır”.

Soydaşlarımız artıq xeyli azərbaycanlının Nijeqorodu tərk edib getdiyini də bildirib:
“Bilmirəm, nə vaxta qədər olacaq, amma burada çalışmaq artıq mümkün deyil. Vəziyyət o həddə çatıb ki, övladımızı da bayıra buraxanda qorxa-qorxa buraxırıq ki, nə isə olacaq. Əvvəllər belə deyildi, axır iki gündə daha da fəallaşıblar”.

Bildirilir ki, vəziyyət gün-gündən ağırlaşsa da, vilayət rəhbərliyi və polis dəstələri məsələyə qarışmaqdan imtina edirlər: “İndiyə qədər heç harada əlində avtomat polis görməmişdim. İndi hara getsən, polis görəcəksən, amma nə xeyri, onlar da demək olar ki, işə qarışmırlar”.
Qeyd edək ki, bir müddət əvvəl Nijeqorod vilayətinin Arzamas şəhərində ermənilərlə nasistlər arasında münasibətlər kəskinləşmişdi. Bundan sonra şəhərdə skinhedlərin bütün miqrantlara qarşı hücumunun artdığı qeydə alınmışdı.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar