Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılardan ibarət “kriminal kvartet” Rusiyada azərbaycanlını qarət etdi


Tümen şəhər Kalinin rayon məhkəməsinin hökmü ilə silahlı basqında ittiham olunan azərbaycanlılardan ibarət dəstə üzvlərinə hökm oxunub


Virtualaz.org saytı Tümen vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Röyal Abdullayev, Nəsimi Kişiyev, Elşən Yusifov və dəstənin 22 yaşlı, milliyyətcə rus olan digər üzvü – Andrey Vikulov soyğunçuluq və qanunsuz odlu silah saxlama maddələri ilə təqsirli biliniblər.

İstintaq materiallarına görə, 23 yaşlı Röyal Abdullayev dostlarından biri ilə söhbət zamanı onun Tümendə bizneslə məşğul olan, əslən azərbaycanlı, imkanlı qohumunun yaşadığını öyrənir. Sahibkarın yaşadığı evi qarət etməyi planlaşdıran gənc bu barədə dostları Elşən və Nəsimi ilə məsləhətləşir. Onsuz da maddi sıxıntı içərisində çabalayan Elşən və Nəsimi dərhal həmyerlilərinin təklif ilə razılaşırlar. Dəstə üzvləri basqın planını reallaşdırmaq üçün qəsəbə sakini Andrey Vikulovu da bu işə cəlb edirlər.

Ötən ilin sentyabr ayında biznesmenin yaşadığı ünvanı dəqiqləşdirmək məqsədilə onun yaxın qohumunu özləri ilə Tümenə aparırlar. Həmin şəxsin içkili olmasından istifadə edərək sahibkarın ünvanını soruşurlar. Yol yoldaşlarının niyyətindən xəbərsiz olduğundan, qohumunun şəhərin mərkəzində yerləşən evini onlara göstərir.

Nəhayət, oktyabrın 9-da saat 23:00 radələrində dəstə üzvləri taksi ilə Tümenə gəlirlər. Hasardan keçib evin giriş qapısının qarşısında dayanaraq mənzildəkilərindən kiminsə çölə çıxmasını gözləyirlər. Lakin nə qədər gözləsələr də, mənzilin qapısını açıb küçəyə çıxan olmur. Gecə saatlarında basqın planını həyata keçirə bilməyən dəstə üzvləri anbara gedib səhərin açılmasını gözləyirlər.

Ertəsi gün səhər tezdən eyni məkana üz tuturlar. Ev sahibinin qızının giriş qapısını açması ilə quldurların mənzilə zorla soxulmaları bir olur. Üzlərində maska olan soyğunçular əllərindəki silah və pnevmatik tapança ilə mənzildəkilərə hədə-qorxu gəlirlər, qızılların və pullaırn yerini deməyi tələb edirlər. Dəstə üzvləri mənzildən ümumilikdə 1 milyon 100 min rublla yanaşı, biznesmenin qızının pasportunu və mənzildəki patronları da aparıblar.

Qarətdən sonra basqınçılar cinayətdə istifadə etdikləri maskaları, əlcəkləri, geyimləri, sahibkarın qızının adına olan pasportu və oğurladıqları patronları tullayıblar.

Keçən ilin noyabr ayında azərbaycanlı sahibkarln evini qarət edən “kriminal kvartet” saxlanılıb.

Məhkəmənin hökmü ilə Röyal Abdullayev və Andrey Vikulov hər biri 10 il, Elşən Yusifov və Nəsimi Kişiyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar