Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların 97 faizi Qarabağdakı hərbi əməliyyatları dəstəkləyir

"ACT Azərbaycan" araşdırma şirkəti aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib


Sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi əməliyyatlarını dəstəklədiyini deyib.

Sorğuda iştirak edən respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür. Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir.

Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyib.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür. Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Həmşinin sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

Sorğuda iştirak edən respondentlərin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib. Yaş aralığı isə 18-55 olub.

Qeyd edək ki, "ACT Azərbaycan" sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət "ACT Global"ın Azərbaycan nümayəndəliyidir.

ACT Global Gürcüstün, AzərbaycanQazaxıstan ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar