Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların bazarında iğtişaş təhlükəsi


QRU əməkdaşı Söyün Yekaterinburqa ezam edildi


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayəti üzrə regional idarəsi Yekaterinburq şəhərindəki qalmaqallı 4 nömrəli meyvə-tərəvəz bazasında etnik zəmində iğtişaşların hazırlandığına dair məlumat alıb.

Virtualaz.org saytı Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, iğtişaşların təşkilatçısı kimi kriminal element, 30-dan çox qətl həyata keçirmiş killerlər bandasının keçmiş döyüşçüsü İqor Sıçev göstərilir.

FTX-nin regional idarəsinə iğtişaş barədə xəbərdarlığı bazanın məsul şəxsi Tanya Rusina göndərib.

Onun göndərdiyi məktubda deyilir ki, kriminal elementlər azərbaycanlıların, taciklərin, çeçenlərin və digər etnik diasporların nümayəndələrinin iştirakı ilə iğtişaş törədib bazarı dağıtmağa hazırlaşır. Məqsəd icarəçiləri bazarı tərk etməyə və qonşuluqda yerləşən, Sıçevin nəzarətində olan “Məhsul” bazarına köçməyə məcbur etməkdir.

Ərizədə göstərilir ki, iğtişaşlar bu həftə başlayacaq. T.Rusinanın yazdığına görə, situasiya artıq Rusiya prezidenti Vladimir Putinin millətlər işi üzrə xüsusi nümayəndəsi Söyün Sadıqovun -keçmiş QRU əməkdaşının diqqətini cəlb edib.  O, iyulun əvvəllərində Yekaterinburqa ezam edilib və etnik-dini qarşıdurmanın qarşısının alınması üçün iş aparır.

Əsasən azərbaycanlıların nəzarətində olan 4 nömrəli meyvə-tərəvəz bazasında bundan əvvəl da iğtişaşlar olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar