Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların xurma problem həll olundu


Azərbaycan sahibkarlarına Dağıstan Respublikası ərazisində mane olan əngəllər aradan qaldırılıb


PİA.AZ ans press-ə istinadən məlumatına görə, ərazidə bölgədən gəlmiş xurma məhsulu artıq vaqonlara yüklənilir. Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları həm dəmiryolu ilə, həm də avtomobillə maneəsiz olaraq qonşu ölkəyə keçə bilir.

Xatırladaq ki, noyabrın 14-dən Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları aparan azərbaycanlı fermerlər Dağıstan ərazisində hökumət tərəfindən yol rüsumunun artırılmasına etiraz edən yük avtomobili sürücülərinin tətil etməsi səbəbindən öz mallarını vaqonlardan avtomaşınlara yükləyə bilmirdilər.

Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yanında keçirilən müşavirədən sonra Azərbaycanın nümayəndə heyəti qonşu Dağıstan respublikasına səfər edib.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənayə nazirnin müavini Sahib Məmmədovun ANS-ə verdiyi məlumata görə, kənd təsərrufatı naziri müavini İlham Quliyevin də daxil olduğu nümayəndə heyəti Dərbənddə Dağıstanın baş naziri AbduSaməd Həmidovun iştirak etdiyi müşavirəyə qatılıblar.

Dağıstanın baş naziri problemi aidiyyatı qurumlarla geniş müzakirə edib, bir daha belə problemlərin yaranmaması üçün müvafiq təşkilatlara təcili tapşırıqlar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar