Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayır


Texnoloji innovasiyaların hakim olduğu bir zamanda Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı layihələr həyata keçirməkdə davam edir


2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə  yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır.  Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir. 

Sevindirici haldır ki, Azercell-in Barama mərkəzi bu sahədə ölkənin aparıcı banklarından biri olan PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb. Hər iki şirkət üçün layihənin əsas məqsədi Azərbaycanda İKT və qeyri-neft sektorunun inkişafına dəstək olaraq fərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.

Xatırladaq ki, Azercell-in Barama Mərkəzi PAŞA Bank-la artıq ötən yay Bakıda keçirilmiş "Seedstars World" müsabiqəsində də əməkdaşlıq edib. Qeyd edək  ki, PAŞA Bank Azərbaycan bank sistemində təşkilati strukturunda peşəkar iqtisadçı komandası olan nüfuzlu və etibarlı  bankdır. Ölkədə bankçılığın, bu sahəyə aid texnologiyaların, eləcə də orta və kiçik biznesin inkişafı PAŞA Bankın üçün də strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır.  

Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi iki nüfuzlu şirkətin məqsəd və maraqlarının qarşılaşdığı bir layihə olaraq, gələcəkdə uğurlu biznes əməkdaşlığı üçün mükəmməl imkanlar yaradır. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar