Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell 3 nominasiya üzrə “Stevie” mükafatını Romada qəbul etdi


"Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə “İlin telekommunikasiya şirkəti” və "İlin Korporativ Ünsiyyət Departamenti” adlarına layiq görülən "Azercell Telekom” Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb


Eyni zamanda, "Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Qala gecəsində Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət  rəhbəri Nigar Şıxlinskaya və Azercell Innovasiyalar və Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. Mükafatı qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün Azercell əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və inovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır. O, həmçinin münsiflər heyətinə Azercell-i və Barama mərkəzini 3 nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib. 

Məlumat üçün bildirək ki, Stevie mükafatı üzrə beynəlxalq münsiflər heyəti "Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb. Şuranın rəylərinə əsasən: "Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar "Azercell”in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi "Azercell” şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir”.

"Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı” isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan "Avtomaks” qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.
Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, "Azercell Telekom” 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar