Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell pulsuz “Coding Kids - Summer IT School layihəsinə başlanılıb


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb


 Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb.

Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir.

Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verir. Eyni zamanda 17-21 iyul tarixlərində Mərkəzi bankla birlikdə uşaqlar üçün “Sahibkarlıq və startup nədir?” mövzusunda info sessiya da təşkil edilib. Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin uğurlu startapçıları – “Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və “Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirrlərindən danışıblar.

Əlavə olaraq görüş iştirakçıları maraqlı tapşırıqları yerinə yetirərkən öz ideyalarını da təqdim ediblər. Sonda yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunublar.​

Məlumat üçün bildirək ki, “Coding Kids – Summer IT School” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən ödənişsiz aparılır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar