Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell beynəlxalq Stevie Mükafatının 3 nominasiya üzrə qalibi oldu


Parisdə keçirilən təntənəli mərasimdə mükafatlar qaliblərə təqdim olundu


Hər zaman ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azərbaycanın lider  mobil operatoru Azercell Telekom 2014-cü ildə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görülüb. Şirkət  telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə bu mükafatı 3 nominasiya üzrə qazanıb: 

İlin ən yaxşı məhsulu (“Bölgə” tarifinə görə); 
İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə); 
İlin ən yaxşı Müştəri Xidməti.(Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə). 

Mükafatlandırma mərasimi Fransanın paytaxtı Paris şəhərində baş tutub. Azercell-in Korporativ Əlaqələr Şöbəsinin rəhbəri Nigar Şıxlinskaya mükafatı qəbul edərək, şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün əməkdaşların böyük rolu olduğunu vurğulayaraq, Azercell-in fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında mərasım iştirakçılarını məlumatlandırıb. 

Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell Telekom-un regionlarda yaşayan abunəçiləri üçün istifadəyə verdiyi “Bölge” tarifi, “İlin ən yaxşı məhsulu” nominasiyasında qaliblərdən biri olub. Azercell eyni zamanda şəbəkəsini 20% genişləndirilməsi,  4G şəbəkəsinin istifadəyə verilməsi, ölkədə ən sürətli Mobil İnternetin təqdim edilməsi, ən yeni texnologiyaların Azərbaycan bazarında tətbiqi və s. nailiyyətlərinə görə “İlin Telekommunikasiya” şirkəti seçildi. Ən nəhayət, şirkət 3-cü mükafatını “İlin ən yaxşı Müştəri Xidməti” nominasiyası üzrə Müştəri Loyallığı İndeksi olan NPS-in (Net Promoter Score) ölçülməsinə dair sistemin tətbiqinə görə alıb. 

"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünyanın işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" təqdim edilib. 

Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə “İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də isə ətraf mühitin qorunmasına xidmət edən “Karbon Kalkulyator” layihəsinə görə”İlin Kreativ Komandası” nominasıyasında Stevie mükafatına layiq görülmüşdü.  


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar