Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell növbəti beynəlxalq sertifikata sahib oldu


Şirkət “Socialbakers Engage Award” mükafatına layiq görüldüAzərbaycanın lider mobil operatoru Azercell Telekom daha bir uğura imza atıb


Şirkət bu dəfə sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin təsis etdiyi “SocialBakers Engage Award” mükafatına layiq görülüb. 

Mükafat mayın 20-22 –də Cexiyanın paytaxtı Praqada keçirilən “Engage Prague 2015” konfransında Azercell-ə təqdim olunub. Marketinq sahəsində ən mötəbər auditoriyanı bir yerə toplayan dünya səviyyəli konfransda dünyanın müxtəlif ölkələrindən  tanınmış marketoloqlar, şirkət rəhbərləri, marketinq üzrə direktorlar və sosial/innovativ marketinq üzrə mütəxəssislər iştirak edib.  

Dünyanın mötəbər məruzəçilərinin çıxış etdiyi və Twitter-də daim ən popular mövzuya çevrilən bu konfransa canlı olaraq 1000, onlayn şəkildə isə minlərlə iştirakçı qatılıb.  Konfransda 2014-cü ildə dünyada sosial media sahəsində lider olan şirkətlər mükafatlandırılıb. Azercell bu mükafatı əldə edən ilk mobil operator olub. 2014-cü ilin ikinci  rübündə Azercell Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdə 100% cavablama nəticəsini əldə edərək rekord göstəriciyə imza atıb. Məlumat üçün bildirək ki,  hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi bütün sualların cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” sertifikatına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 

Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 370 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. 

Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olmuşdur. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır. 

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar