Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı qızlarını ərə verən ailələr sürətlə azalır


Dünyada hər gün 25 min, hər il isə 10 milyon erkən nikah qeydə alınır


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahlarla bağlı araşdırma aparıb.

Komitənin məlumatına görə, bütün dünyada, hətta inkişaf etmiş ölkələrdə belə erkən nikahlar məsələsi ciddi problemə çevrilib. Azərbaycanda isə erkən nikahların sayında azalma müşahidə edilir. Belə ki, 2011-ci ildə nikaha daxil olan qadınların ümumi  sayına nisbətən 18 yaşadək olan qızlar 6,17 faiz təşkil edib.

2011-ci ildə 5138 erkən nikah bağlanıb. 2012-ci ildə isə 295 belə fakt qeydə alınıb. Ötən il isə 229 nəfər erkən nikaha girib. Ölkəmizdə erkən nikahların sayında bu cür kəskin azalmanın əsas səbəbi ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş olaraq müəyyənləşdirilməsidir.

Həmçinin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayında azalma qeydə alınıb. Qeyd edək ki, 2009-cu ildə 3538 uşaq, 2010-cu ildə 4103 uşaq, 2011-ci ildə 4392 uşaq, 2012-ci ildə 3236 uşaq 15-17 yaşlı qadınlar tərəfindən dünyaya gətirilib. Ötən il isə azyaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 2855-ə qədər azalıb. 18 yaşadək ailə quranların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərinin payına düşür.

Komitənin araşdırmaları göstərir ki, erkən nikaha daxil olan qadınların 37,4 faizi öz istəyi, 25,9 faizi valideynlərinin təzyiqi ilə, 10,7 faizi ailədə maddi vəziyyətin çətin olduğuna, 7,9 faizi ərinin maddi cəhətdən varlı olmasına, 6,4 faizi qaçırıldığına və 1,6 faizi isə hamilə qaldığına görə erkən nikaha razı olub.

Araşdırmalara görə, dünyada azyaşlı qızların ərə verilməsi faktlarına 51,7 faizlə Fələstin başçılıq edir. Ondan sonra Misir və İsrail gəlir.



Son illər isə Böyük Britaniya, Fransa, Danimarka və İsveçrədə erkən nikah faktlarının artması müşahidə edilib. Türkiyədə isə ötən il 18 yaşa kimi 180 min qız ailə qurub. Rusiyada bütün nikahların təxminə 15 faizi erkən nikahların payına düşür. İranda isə 13 yaşlı qızlar məhkəmənin qərarı ilə ərə verilə bilər. Tacikistan, Qazaxıstan kimi ölkələrdə də erkən nikahlar problemə çevrilib.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1-ci maddəsi ilə qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar