Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BBC “Brexit”ə görə cərimələnə bilər


"Böyük Britaniyanın BBC korporasiyası "Brexit" – Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı prosesləri qərəzli formada işıqlandırmağa davam edərsə cərimə olunacaq və sanksiyalara məruz qalacaq"


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın keçmiş mədəniyyət naziri, hakim Mühafizəkarlar Partiyasından olan deputat Con Uittinqdeyl bildirib.  

O, BBC-yə xəbərdarlıq edib: "Məndə belə təəsurat yaranır ki, BBC daim neqativ axtarır və əsasən "Brexit"lə bağlı yaranan problemləri vurğulayır". 
"The Daily Telegraph" qazetinin yazdığına görə, C.Uittinqdeyl deyib ki, krallığın Aİ-dan çıxmasının çətinliklərindən və risklərindən, eyni zamanda müsbət tərəflərindən danışan insanlara efirdə ayrılan vaxtı müqayisəli şəkildə analiz etdikdə BBC-nin prosesə mənfi yanaşdığı öz təsdiqini tapır. 

O xəbərdarlıq edərək bildirib ki, korporasiya hadisələri mənfi tərəfdən işıqlandırmağı davam edərsə deputatlar Böyük Britaniyada Telekommunikasiya və Mətbuatın fəaliyyətini tənzimləyən "Ofcom" qurumuna şikayət edəcəklər.

Qeyd edək ki, "Ofcom" hansısa mətbuat orqanına sanksiya tətbiq etməklə yanaşı, məcburi ölçülər götürə bilər, o cümlədən, efir yayımına əlavələrin edilməsi və 250 min funt sterlinq (310 min ABŞ dolları) məbləğinə qədər cərimə kəsə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar