Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-dən yeni Qarabağ çağırışı


Qətnamələrin icrası gündəmə gələcəkmi?


Şok statistika açıqlandı: Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollardır; ekspertlər çıxış yolu göstərdilər..

BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. Bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir (APA).

Baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır: “Sülh müqaviləsi imzalanmasa və tətbiq edilməsə, zorakılığın yenidən başlaması riski qalır. Biz buna Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində şahid olduq. BMT ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir. Biz münaqişə tərəflərini gərginliyin azaldılmasına və münaqişənin qarşısının alınmasına dair razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə çağırırıq”.


A Quttyerres deyib ki, təkcə atəşkəs rejiminin gücləndirilməsi və əvvəlki öhdəlikləri yerinə yetirməklə bağlı yox, davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün də tərəflər siyasi iradə nümayiş etdirməlidir.


Azərbaycan illərdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmamasından şikayətçidir. Qurumun əvvəlki baş katibi Pan Gi Munun dövründə qətnamələrin gündəmə gətiriləcəyinə ümidlər olsa da, bu, baş vermədi. Hətta sabiq baş katib Azərbaycanda keçirilən tədbirlərə də qatılmaqdan müxtəlif bəhanələrlə imtina etmişdi. Bəs yeni rəhbərliyin dövründə bu, nə dərəcədə real görünür? Xüsusilə də aprel toqquşmasının hər an təkrarlana biləcəyinə şübhə etməyənlərin artıdığı şəraitdə BMT öz prinsiplərinə sadiqlik nümayiş etdirib Ermənistanı işğala son qoymağa çağıra, əməl olunmadığı halda icra müxanizmlərini müzakirəyə çıxara bilərmi?


BMT Baş katibi Antonio Quterreş bu bəyanatı ilə bir daha dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, dondurulmuş münaqişə olmur və ola da bilməz”.



Bunu politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında dedi. Ekspert bildirdi ki, əsasən də söhbət əgər ərazi bütövlüyündən, ərazi işğalından gedirsə, BMT-nin qətnamələri yerinə yetirilmirsə, qurumun özü də nüfuzdan düşür: “Dağlıq Qarabağ münaqişəsi də belə bir durumdadır. Əgər BMT-nin mandatı ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri konkret bir fəaliyyət göstərə bilmirlərsə, işğalçıya Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsində təsir edə bilmirlərsə, bu fəaliyyət BMT-yə heç də başucalığı gətirmir. Məhz bunu tam məsuliyyəti ilə başa düşən cənab Quterreş Avropada münaqişələrin həll olunmasına həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb. BMT baş katibinin narahatçılığı təbii ki, səbəbsiz deyil, məlumdur ki, əgər baş verən böhranların qarşısı alınmasa, Avropada da yeni münaqişə ocaqları yarana bilər. Düşünürəm ki, baş katibin bu bəyanatı və narahatçılığı heç də əsassız deyil və təqdirəlayiqdir, eyni zamanda bütün maraqlı tərəflərə də bir çağırış və mesajdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə bütün dövlətlərin daha ciddi yanaşması vacibdir”.


Qeyd edək ki, 22 fevralda Bakıda “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.


İşçi Qrupunun üzvü Nüsrət İbrahimov isə deyib ki, qrup tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir. BMT qəbul etdiyi qətnamələrin icrasını tələb etmədikcə Azərbaycana qarşı dəyən maddi və mənəvi zərərin də həcmi ilbəil artır.


“Düşmən addım-addım istəyinə nail olur. Bu, o vaxt baş verir ki, qarşındakı rəqib - yəni biz Qarabağ üçün siyasi, hərbi baxımdan 24 ildə heç bir əsaslı siyasət yürüdə bilməmişik”.

Bunu isə Çaykənd əməliyyatının iştirakçısı, sabiq təhlükəsizlik xidməti zabiti İlham İsmayıl söylədi. O bildirdi ki, SSRİ dağılandan sonra Rusiya Gürcüstanda, Moldovada, Azərbaycanda, Ukraynada bu tip münaqişələr ocağı yaradıb. Amma dünya bizdən başqa dediklərimiz konfliktlərdə ərazi itkisinə qalmış dövlətlərin yanındadır: “Gürcüstanın ərazi bütövlüyünü NATO dəstəkləyir. Dünən işini bitirmiş Münhen Təhlükəsizlik Konfransı əsasən Ukraynanın ərazi bütövlüyü məsələsini müzakirə etmişdi. Biz heç nəinki əsas iclaslarda, heç plenar müzakirələrdə də Qarabağ müzakirəsinə nail ola bilməmişik. Elçibəy dönəmində Xankəndində Qalina Staravoytovanın liderliyi ilə universitet açılandan 10 gün əvvəl məlumat olsa da, heç nə edə bilmədik. 24 il keçib, yenə heç nə edə bilmirik. Heç bu prosesə mane olmaq üçün tapançadan belə atəş açmırıq. Amma imkanımız var. Ritorika ilə hər gün uduzmaqdan başqa nə əldə etmişik. Qıcanıb yüz dəfə ”səni öldürərəm" deməkdənsə, bir dəfə ölümcül zərbə vurmaq lazımdır. Vura bilmiriksə, millətə açıq demək lazımdır. İdeya Ermənistanın həqiqi, Azərbaycanınsa sözdə dostu, əslində düşməni olan Rusiyadan gəlir. Krım kimi, Donbas kimi. Krımda referendum, Donbasda pasportların tanınması-bugünkü referendumun ilham mənbəyidir". 


İ.İsmayıl bu reaksiyaların gözlənilən olduğunu bildirdi: “Biz bəyanat verəcəyik, qanunsuzdur deyəcəyik, erməni isə şaqqanaq çəkəcək, bizim bəyanatımız ”donuzun kişlə darıdan çıxarılmasına" bənzər. Münhen Təhlükəsizlik Konfransı öncəsi hansı siyasi və hərbi addımlar atılmalıydı ki, konfransda referendum əleyhinə sənəd qəbul olunaydı? Bizim XİN bu barədə düşünübmü? Ümumiyyətlə, XİN nə vaxta qədər hadisələrin arxasınca sürünəcək, onu qabaqlamayacaq? Həmsədrlərin mövqeyi, beynəlxalq təşkilatların hansısa arayış verməsi daldan atılan daşın topuğa dəyməyinə bərabərdir. Əlimizdəki ən yekə BMT arayışları ilə bu günə kimi nə etmişik ki? Neçə ki, Azərbaycan xarici siyasətində, konkret olaraq Qarabağ məsələsində istər diplomatik, istər hərbi addımlarında yeni, fərqli, hücum taktikası və strateji hədəflər müəyyənləşdirməyəcək, uduza -uduza gedəcəyik". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar