Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Azərbaycanla bağlı hesabat hazırlayır


BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi qrupunun nümayəndəsi Azərbaycandakı səfəri ilə bağlı bu gün mətbuat konfransı keçirib


BMT-nin Bakı nümayəndəliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi qrupu bir neçə tövsiyələr verib.

“Neft və qaz gəlirləri sahəsində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə aşağı salınıb. Ölkə qanunlarının və normativ aktların tədricən beynəlxalq insan hüquqları üzrə standartları ilə uyğunlaşdırıması da həyata keçirilir”, –deyə ekspertlər söyləyiblər.

İşçi qrupun üzvü, insan hüquqları üzrə ekspert Pavel Sulyandziqa bildirib ki, biznes və insan hüquqlarının təşviqi sahəsində azad və canlı sosial dialoqun olması çox əhəmiyyətlidir. Bu daha dəqiq məlumatlara əsaslanan siyasətin formalaşması üçün müxtəlif fikirlərin səslənməsini təmin edir.

Ekspertlər BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin Azərbaycanda tətbiqi ilə əlaqədar mövcud təşəbbüsləri, imkanları və problemləri öyrəniblər.

İşçi qrupun üzvü Puvan Selvanatan deyib ki, ölkə qanunvericiliyi insan hüquqlarının müdafiəsi, onlara hörmət olunması və təşviq edilməsi üçün möhkəm zamin yaradır. Buna nail olmaq üçün bütün maraqlı tərəflər – hökumət, biznes və vətəndaş cəmiyyəti qanun və qaydalara sadiq olmalıdırlar: “Biznes müəssisələr müsbət və məsuliyyətli töhfə verə bilərlər. Vətəndaş cəmiyyəti və hökumətlə daha effektiv əməkdaşlıq qurmaqla, onlar Azərbaycanın neft-əsaslı iqtisadiyyatdan bilik-əsaslı iqtisadiyyata keçidi zamanı davamlı və bərabər artımı təmin etməyə qadirdirlər”.

İşçi qrupu səfərlə əlaqədar yekun müşahidə və tövsiyələri əks etdirən hesabatını İnsan Hüquqları Şurasında 2015-ci ilin iyununda təqdim edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar