Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT divarları arasında Qarabağ müzakirələri


Düşmən ölkə başçısının dünya birliyini aldatmaq cəhdləri fiasko oldu; Sərkisyanın Ərdoğandan almalı olduğu cavab Məmmədyarovdan gəldi, prezidentlərin növbəti görüşü sual altında...


Gözlənildiyi kimi, Dağlıq Qarabağ mövzusu BMT Baş Məclisinin 69-cu sessiyasının gündəliyindən da yan ötmədi. Öncə AzərbaycanErmənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan ikilikdə, ardınca isə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəldilər.

Məlumatlara görə, bu təmaslarda diqqət mərkəzində olan mühüm məsələlərdən biri AzərbaycanErmənistan prezidentlərinin növbəti təkbətək görüşünü təşkil eləmək olub. Erməni qaynaqlarının iddiasına görə, görüş oktyabrın 27-də Parisdə reallaşacaq. Lakin hələlik Bakıdan görüşə rəsmən razılıq verildiyi haqda qəti mövqe gəlməyib.

Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov isə, bəlli olduğu kimi, bir qədər əvvəl ölkə rəhbərliyi adından bəyan edib ki, Azərbaycan tərəfi görüş xətrinə görüşlərə qatılmayacaq. İstisna deyil ki, Bakı analoji mövqeyini bir daha ortaya qoysun və praktikaya yönəltsin. Məsələ ondadır ki, işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan BMT tribunasından prezidentlər formatında görüş atmosferi üçün tamamən qəbuledilməz olan bir çıxış yapıb, növbəti dəfə Azərbaycanın və Türkiyənin ünvanına böhtan və iftiralar, hətta təhqir yağdırıb.

Onun söylədiklərindən belə təəssürat yaranır ki, artıq separatçı Dağlıq Qarabağın əhalisi öz müqəddəratını təyin edib qurtarıb, məsələ bitib və indi sadəcə, bu faktı fiksə eləmək, rəsmiləşdirmək lazımdır, sülh danışıqları da bu yöndə getməlidir. Sərkisyan öz çıxışından o dərəcədə təsirlənib və siyasi ekstaza girib ki, üstəlik, utanıb-qızarmadan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsini məhz Azərbaycanın yerinə yetirmədiyini söyləyib. Hərgah, hamıya bəllidir ki, həmin qətnamələr işğalçı hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmasını vacib şərt kimi qoyur. 

Yəni təcavüzkar ölkə rəhbəri dünya ictimaiyyətinin gözünün içinə baxa-baxa erməniliyə xas tərzdə belə bir ağ yalan danışıb, onu aldatmağa cəhd edib. BMT üzvlərinə növbəti dəfə öz müqəddəratını təyinetmə nağılları danışan düşmən dövlətin başçısının bu cür maksimalist, radikal mövqeyi bir daha nümayiş etdirib ki, işğalçı ölkəyə Rusiya kimi beynəlxalq təzyiqlər olmasa, onu ədalətli sülhə vadar eləmək mümkünsüz olacaq. Bu təzyiqlərsiz prezidentlər səviyyəsində görüşlərin də anlamı qalmır. Yeri gəlmişkən, yüksək səviyyədə növbəti görüş ehtimalının bəri başdan azaldığını da söyləmək olar.

Bunlar öz yerində. Əfsus ki, müəyyən fasilədən sonra, Sərkisyanın ardınca söz alan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun cavabını layiqincə vermədi, yalnız ümumi sözlərlə kifayətləndi və ən çox İŞİD mövzusuna qapanıb qaldı. Amma Ərdoğanın Azərbaycana bir vəfa borcu var idi. Çünki bu ilin aprelində Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində, Türkiyə rəhbərinin qatılmadığı tədbirdə Sərkisyanın qardaş ölkə haqda sərsəmləmələrinə tutarlı cavab vermişdi. Eyni qarşılıqlı jesti, malesef, Ərdoğandan görmədik.

Yaxşı ki, cavab heç olmasa xarici işlər naziri Elmar Məmmədyarovdan gəldi. Nazirin çıxışında Sərkisyanın bütüm “arqumentləri” darmadağın edildi, yalanı üzə çıxarıldı. Bundan əlavə, Ermənistan prezidentinin çıxışı ilə bağlı Azərbaycanın BMT-dəki nümayəndəliyi də sessiya iştirakçıları arasında xüsusi sənəd yayaraq erməni tərəfin işğalçılıq siyasətinin mahiyyətini bir daha faş elədi.         

***

BMT-dəki kritik Qarabağ müzakirələri növbəti dəfə bir gerçəyi daşlaşdırmış oldu. Bu da ondan ibarətdir ki, ipə-sapa yatmayan rəsmi İrəvan münaqişə zonasında status-kvonun dəyişməsində maraqlı deyil, yaxud da problemin həllinə yalnız separatçı qurumun tanınması kontekstində baxır; Minsk Qrupu çərçivəsində iki və çoxtərəfli görüşlərə prezidentlər səviyyəsində görüşər isə ondan ötrü sadəcə baş qatmaq, vaxt uzatmaq, şirma rolundadır.

BMT-dəki sessiya  eyni zamanda, Minsk Qrupunun əsas vasitəçi qurum olaraq tam yararsızlığını çılpaqlığı ilə, yenidən ortaya qoymuş odlu, Türkiyənin də aktiv qatılacağı təzə və daha işlək, dinc nizamlama formatı axtarışının zəruriliyini gündəmə gətirdi.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar