Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT missiyası Azərbaycan hökumətindən zəmanət istəyir


Birləşmiş Millətlər Təşkilatının İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin missiyası Azərbaycan hökumətindən zəmanət aldıqdan sonra yenidən Bakıya gələcək


"Trend"-in məlumatına görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin rəsmi saytı xəbər verib.

Məlumatda deyilir ki, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin missiyası 2014-cü ilin sentyabrında öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycanda işini dayandırmaq qərarı vermişdi.

İndi isə Alt Komitədən bildirilib ki, Azərbaycan hökumətindən zəmanət alındığı təqdirdə missiya gələn il Bakıya qayıda bilər.

Hələlik səfərin nə zaman baş tutacağı barədə heç bir məlumat verilmir.

Birləşmiş Millətlər Təşkilatının İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin rolu işgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması və aradan qaldırılmasından ibarətdir. Sözügedən komitə İşgəncələrə qarşı BMT Konvensiyasının Fakultativ Protokolunu ratifikasiya edən hökumətlər ilə birgə işləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar