Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BOA-nın prezidenti Bakıya gəlir


Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-29-da Bakıda səfərdə olacaq


O, Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak edəcək.  

PİA.AZ APA-ya istinadən xəbər verir ki, İ. Kuvelos artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, “Bakı 2015” ilk Avropa Oyunları çərçivəsində akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb.

1961-ci ildə Yunanıstanda təsis olunmuş akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar