Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞBPİ-dən sürücülərə xəbərdarlıq


Dekabrın 16-18-də Bakıda bir sıra istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Dekabrın 16-18-də paytaxt Bakıda "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasiminin keçirilməsi nəzərdə tutulur.

Mərasimdə Monteneqro, Albaniya, Türkiyə, Xorvatiya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrin, eləcə də Avropa Komissiyası və "bp" şirkətinin yüksək vəzifəli rəsmi nümayəndələri iştirak edəcəklər. Artıq qonaqların qarşılanması və yerləşdirilməsi işlərinə başlanılıb.

Tədbirin "Fairmont", "Absheron Mariott", "Four Seasons" hotelləri və onların yerləşdiyi ərazilər, eləcə də Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı istiqamətində keçirilməsi nəzərdə tutulub:

"Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, C.Qədirbəyova küçəsi, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq və Neftçilər prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, eləcə də Mərdəkan dairəsi, Mərdəkan şosesi, Buzovna dairəsi, Zuğulba prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə mədudiyyətlər qoyularaq istiqamət dəyişdirilir.

Ona görə də Bakı Yol Polisi İdarəsi bütün avtomobil sürücüləri və sahiblərinin nəzərinə çatdırır ki, keçiriləcək bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin və yaxud hərəkət sadalanan marşrut üzrə ictimai nəqliyyat vasitələrinin köməyi ilə edilsin".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar